Bu gün törədilən terakt Ermənistanın terrorçu mahiyyətini ortaya qoyur - Millət vəkili
Bizi izləyin

Nida Təhlil

Bu gün törədilən terakt Ermənistanın terrorçu mahiyyətini ortaya qoyur - Millət vəkili

"Artıq bütün dünya bilir ki, Ermənistanın dövlət siyasətinin mərkəzində terrorçuluq dayanır. İşğalçı ölkənin bir sıra terror təşkilatları uzun illərdir ki, dünyanın bir sıra dövlətlərində terkatlar törətməklə məşğuldurlar. Bu gün səhər saatlarında Şuşa ətrafındakı Daşaltı kəndi yaxınlığındatörədilən terakt Ermənistan dövlətinin terrorçu niyyətini və mahiyyətini ortaya qoyur. Bu, Ermənistan dövlətinin terrorçu siyasət yürütdüyünün göstəricisidir. Hazırda Ermənistanın bəzi teleqram kanallarında, sosial şəbəkələrin ermeni seqmentində həmin terrorçu "qəhrəman" kimi qəbul olunur. Hətta onun azadlığını tələb edənlər də var. Hətta 3 hərbçimizə xəsarət yetirən bu terrorçunu ASALA terror təşkilatının qəhrəmanı kimi qələmə verirlər".

Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.

Millət vəkili bildirib ki, Azərbaycan hər zaman beynəlxalq hüquqa hörmətlə yanaşıb: "Eyni zamanda, onu bildirmək lazımdır ki, Azərbaycan öz ərazisində istənilən vaxt anti-terror əməliyyatları keçirmək hüququnu özündə saxlayır. Son günlər Ermənistan tərəfindən törədilən təxribatlar, eləcə də bu gün səhər saatlarında baş verən terakt onu göstərir ki, işğalçı ölkənin daxilindəki vəziyyət hələ də düzəlməyib. Düşünürəm ki, bu cür vəziyyət Ermənistanda uzun illər davam edəcək. Ermənistan dövləti müxtəlif terakt törətməklə ölkə daxilindəki gərginliyi, siyasi böhrandan diqqəti yayındırmağa çalışırlar. Eyni zamanda, Ermənistanda bəzi şəxslər bu cür hadisələrdən öz məqsədləri üçün istifadə edirlər. Bu bir daha onu göstərir ki, İrəvan bu gün də öz öhdəliklərini yerinə yetirmək iqtidarında deyil. Onların dövlət səviyyəsində terror siyasəti hələ də davam etməkdədir".
Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm