• USD 1,7000 0,00% EUR 1,9190 -0,03%
    • GBP 2,2589 +0,40% RUB 0,0229 -0,87%

Qarabağda növbəti TƏXRİBAT: "Anti-terror əməliyyatının keçirilməsinə start verilməlidir"

Qarabağda növbəti TƏXRİBAT: "Anti-terror əməliyyatının keçirilməsinə start verilməlidir"

Publika.az Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafanın Teleqraf.com-a müsahibəsini təqdim edir:

- Fazil bəy, Qarabağda növbəti erməni terror, təxribat baş verib. Hazırda prosesə yanaşma necə olmalıdır?

- Bu cür terror, təxribat hallarına qarşı yanaşmalar çox sərt olmalıdır. Onlar məhv edilməlidir. Hər fürsətdə bu cür terrorçu “fəliyyət” göstərmək istəyən təbii olacaq. Biz torpaqlarımızı işğaldan azad etmişik. Orada müəyyən qism ermənilər yaşayır. Onların içində proseslə barışmayan və ayrı dövlətlərin xüsusi xidmət orqanlarına bağlı olan bir fəaliyyət var. Amma bütün bunlara qarşı orada Azərbaycanın imkanları kifayət qədər genişdir. Bu qüvvələrə qarşı sərt addımlar atılmalıdır. Eyni zamanda anti-terror əməliyyatının keçirilməsinə start verilməlidir. Çünki belə hadisələrə ilkin olaraq sakit formada yanaşanda onun davamı daha da genişlənir. Ona görə də Azərbaycan tərəfindən bu məsələyə çox sərt formada qiymət verilməlidir.

- Sülhlə bağlı ritorikanın üstünlüyü fonunda sabotajedici halların olmasında məqsəd nədir?

- Belə addımlar prosesi açıq şəkidlə sabotaj etməkdir. Eyni zamanda sülh məsələsinə münasibətdə Ermənistan əsasən Qərbdən dəstəklənən bir xətt yeritməyə çalışır. Çünki indiki məqamda rus qüvvələrinin də hər hansı bir şəkildə bölgədə belə bir konfiliktlərin çıxmasında maraqlı olduğunu söyləmək çətindir. Bu hal onların da işinə yaramır. Çünki bu hadisələr konkret olaraq onların məsuliyyət zonasında baş verir. Eyni zamanda Rusiya da öz nüfuzu üçün bu cür məsələlərdə çox da maraqlı görünmür. Amma ümumilikdə bu cür insidentlərə mümkün qədər daha sərt reaksiyalar olmalıdır. Qarşı tərəf anlamalıdır ki, barışdan başqa yolları yoxdur.

- ABŞ-ın “demokratiya sammiti” ilə bağlı bölücü yanaşma ortaya qoyması onun real hədəflərinə qarşı plan kimi də izah olunur. Sizcə, hazırkı dövrdə Bayden verdiyi “vədləri” icra edir, yoxsa burada başqa məqamlar var?

- Hazırda ABŞ prezidenti Co Bayden öz ətrafına mümkün qədər terrorçuları yığmağa çalışır. O terrorçuları “demokrat” adı ilə tanıtmaq istəyir. Ermənistan terrorçu bir dövlətdir. Onun hansısa bir şəkildə orada təmsil olunması əslində real mənzərəni daha açıq göstərir. Ermənistanın bütün resursları Rusiya ilə bağlıdır. ABŞ Ermənistanla müttəfiqlik münasibəti qurduğu halda Rusiya buna hansı yanaşma sərgiləyəcək? Əsas məqam məhz bundan ibarətdir. Rusiya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür. Ermənistanın bütün enerji sektoru Rusiyanın tabeçiliyindədir. Belə olan halda Ermənistan Rusiya ilə münasibətləri necə tənzimləyəcək? Burada əsas mənzərə odur ki, ABŞ hansısa bir formada bölgədə dəstəkçisi kimi Ermənistanı müttəfiq görməyə başlayıb. Bu ABŞ üçün olduqca cılız bir hədəfdir. C.Baydenin niyyəti hələ ki alınmır. Əfqanıstanda da bu cəhd baş tutmadı. Sonradan məlum oldu ki, ABŞ Əfqanıstanda terrorçularla əməkdaşlıq edirmiş. Buna misal kimi ABŞ-ın yüz milyardlarla silahı Əfqanıstanda Talibanın öhdəsinə buraxmasıdır. Bu açıq şəkildə terrorçuya silah verməkdir. ABŞ eyni halı İraqda da etmişdi. Bu səbəbdən də, artıq ABŞ-ı demokratiyanın bir tərənnümçüsü kimi göstərmək yanlışdır. Bu artıq nə Tomas Ceffersonun, nə də ki, Corc Vaşinqtonun ideyalarına yaxınlaşan davranış deyil. Bu terrorizmi “demokratiya” kimi təqdim edən bir davranışdır.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR