Azərbaycanın qələbəsi onları narahat edir - Fikrət Sadıqov
Bizi izləyin

Nida Təhlil

Azərbaycanın qələbəsi onları narahat edir - Fikrət Sadıqov

“Azərbaycan və Türkiyənin Demokratiya sammitinə çağırılmaması açıq şəkildə ayrı-seçkilikdir. Hər iki dövlətə mənəvi və siyasi zərbə vurmaq istəyirlər”.

Bunu Publika.az-a açıqlamasında politoloq Fikrət Sadıqov deyib.

Politoloq qeyd edib ki, həmin sammitdə demokratik olmayan dövlətlər də iştirak edib: “Görünür, burada söhbət demokratiya dəyərlərindən getmir. Yəni Türkiyə və Azərbaycana qarşı siyasi addımların atılması ilə bağlı toplantı keçirilib. Demokratiya pərdəsi arxasında bir sıra dövlətləri yaxınlaşdırmaq, onları təlimatlandırmaq və Türkiyə ilə Azərbaycana qarşı yönəltmək məqsədi dayanıb. Azərbaycanın Ermənistanı məğlub edərək torpaqlarını işğaldan azad etməsi görünür, bəzi dövlətləri qıcıqlandırıb. Ermənistanda keçirilən parlament seçkilərində seçicilərin yarısı iştirak etmişdi. Oradakı indiki hakimiyyət isə ən aşağı səs toplayan partiya idi. Əgər işğalçı siyasət yeridən ölkəni demokratik sayırlarsa, onda deməli ABŞ üçün demokratiya fərqli bir məna kəsb edir. Azərbaycan 44 günlük Vətən müharibəsini qələbə ilə sonlandıraraq işğala son qoyub. Biz qələbəmizlə regionda yeni geosiyasi situasiya yaratmışıq. Azərbaycanın öz torpaqlarını azad etməsi və Türkiyənin bizə dəstək verməsi bəzi aparıcı qüvvələri narahat edib. Belə bir toplantının keçirilməsinin əsas səbəblərindən biri məhz bu məsələ ola bilər”.

Rahib Ələsgərov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm