Ermənilər bundan sonra atəş açsalar... - Musabəyov
Bizi izləyin

Nida Təhlil

Ermənilər bundan sonra atəş açsalar... - Musabəyov

“Atəşə sözlə cavab vermirlər. Bizim ordumuz Ermənistanın bütün təxribatlarının qarşılığını layiqincə verir. Biz erməni təxribatlarına cavab olaraq Ermənistan ərazisində hərbi əməliyyatlar keçirəsi deyilik. Hər kəs bilir ki, Ermənistan hansı dövlətin forpostudur. Fərz edirəm ki, biz onların böyükləri ilə danışacağıq ki, erməniləri çərçivəyə salsınlar. Bir sözlə, Ermənistanı ağıllandırsınlar”.

Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Rasim Musabəyov deyib. Millət vəkili bildirib ki, Azərbaycan-Ermənistan sərhədində baş verən hərbi təxribatlara cavab olaraq Qarabağda hərbi əməliyyatlar baş verməyəcək:

“Ermənistan ordusunun qalıqlarını Qarabağdan təmizləmək bizi Rusiya ilə üz-üzə qoya bilər. Düşünmürəm ki, bu addım ağlabatan və real bir hərəkətə çevrilsin. Bunun üçün hər hansı hazırlıqlar da görülmür. Sadəcə olaraq dövlət sərhədində erməniləri yerlərinə oturtmaq üçün qoşunlarımız müəyyən addımlar atır. Onlar bizim postlarımıza yaxınlaşaraq əlverişli nöqtələrdə öz postlarını qurmaq istəyirdilər. Buna qarşılıq verildi. Ermənilərin postları darmadağın edildi və onlar bir kənara atıldı. Ermənilər bundan sonra atəş açsalar, üçqat cavab alacaqlar. Onlar təxribatlarına görə artıqlaması ilə öz cavablarını alıblar”.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm