Bakı İrəvanı hərbi və diplomatiya cəbhəsində növbəti dəfə məğlub etdi
Bizi izləyin

Nida Təhlil

Bakı İrəvanı hərbi və diplomatiya cəbhəsində növbəti dəfə məğlub etdi

Sərhədin delimitasiyas və demarkasiyası, eləcə də kommunikasiyanın açılması prosesinin gündəmdə olduğu vaxt Ermənistan tərəfi genişmiqyaslı təxribatlara əl atdı. Bu təxribatların hərbi və siyasi olmaqla iki məqsədi var idi.

Hərbi məqsədi Ermənistanın hərbi birləşmələri dövlət sərhədinin Kəlbəcər və Laçın rayonları istiqamətindəki yüksəklikləri ələ keçirmək və hərbi üstünlüyə nail olmaqla daha əlverişli mövqelərə yiyələnməəyə çalışırdılar.

Bu məqsədlə Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı atıcı silahlar, qumbaraatanlar, artilleriya qurğularından və s. intensiv atəşə tutdu. Qarşı tərəfin döyüş aktivliyinin qarşısını almaq məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görüldü. Azərbaycan Ordusunun bölmələri qarşılarında duran vəzifələri tam icra ediblər, ərazi itkisinə yol verilməyib, bütün strateji yüksəkliklər, mətnəqələr bölmələrimizin nəzarətindədir.

Siyasi məqsəd: Ermənistan sərhəd istiqamətində mövqelər əldə etmək və danışıqlar masasında əlini gücləndirməyə çalışdı.

Lakin genişmiqyaslı təxribat törətməklə qısa müddətli üstünlüyə nail olmaq istəyən Ermənistan hərbi bölmələrinin hücumu əməliyyat-taktiki baxımından tam iflasa uğradı.

Bu təxribatların noyabrın 8-də, 44 günlük müharibənin ildönümü ərəfəsində başlaması da təsadüfi deyil. Ermənistan hakimiyyəti məhz 44 günlük müharibədə ağır məğlubiyyəti, sonrakı dövrdə uğradığı mövqe itkilərini kompensasiya etmək və revanş qazanmaq üçün 2021-ci il noyabrın 8-dən başlayaraq, 2020-ci ilin Tovuz ssenarisinə uyğun olaraq ardıcıl şəkildə Azərbaycan Ordusunun bölmələrinə qarşı təxribatlara başladı.

- Noyabrın 8-də Azərbaycan xalqı tarixi Zəfərin ildönümünü qeyd etdiyi bir vaxtda ermənilər Şuşa ətrafında təxribat törətməyə cəhd göstərdilər;
- Noyabrın 9-u Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu Yellicə yaşayış məntəqəsi istiqamətindəki mövqelərinə yol çəkən mühəndis texnikalarını atıcı silahlardan atəşə tutdu;
- Noyabrın 9-da Laçın rayonunun Qaragöl gölü ətrafında 60 hərbçinin Azərbaycan Ordusunun mövqelərinə aparın yolda yerləşdirilməsinə cəhd göstərildi. Azərbaycan Orsusunun tədbirləri nəticəsində erməni hərbçiləri mühasirəyə alındı, onların bütün hərəkətləri məhdudlaşdırıldı və səhər saatlarında Rusiya tərəfinin xahişi nəzərə alınaraq, Azərbaycan hərbçiləri onların geri dönməsinə şərait yaratdı. Azərbaycan Müdafiə Nazirliyinin açıqlamasında bəyan edildi ki, əgər buna oxşar təxribatlar gələcəkdə təkrarlanarsa, görüləcək tədbirlər daha sərt və təsirli olacaqdır;
- Noyabrın 13-də səhər saatlarında Şuşanın yaxınlığında erməni terrorçuları Azərbaycan hərbçilərinin postuna qumbara ataraq növbəti terror aktı törədiblər. Nəticədə, 3 hərbçi yaralanıb.
- Noyabrın 13-ü axşam saatlarından etibarən noyabrın 14-ü səhər saatlarınadək erməni hərbi birləşmələri Basarkeçər rayonunun Yuxarı Şorca, Zərkənd, Əzizli və Cermuk yaşayış məntəqələrində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik, Yellicə və İstisu yaşayış məntəqələrində yerləşən Azərbaycan Ordusunun mövqelərini snayper tüfəngi, qumbaraatan və müxtəlif çaplı atıcı silahlardan istifadə etməklə heç bir səbəb olmadan fasilələrlə intensiv atəşə tutdu;
- Noyabrın 15-i gecə saatlarından başlayaraq Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik və Yellicə yaşayış məntəqələrində yerləşən Azərbaycan Ordusunun mövqelərini atəşə tutdular;
- Noyabrın 16-da Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Kəlbəcər və Laçın rayonları sahəsində ölkəmizə qarşı genişmiqyaslı təxribat törətdi;

Bu ardıcıl təxribatlarla hərbi və siyasi üstünlük əldə etməyən Ermənistan tam iflaa uğradı. Ordumuzun təxribatlara qarşı adekvat cavabı İrəvanın planlarını alt-üst etməklə yanaşı, erməni cəmiyyətində də hakimiyyətə qarşı narazılığı yenidən körüklədi.

Azərbaycan təkcə hərbi cəbhədə deyil, diplomatiya cəbhəsində də Ermənistanı növfbəti dəfə məğlub etdi.

Rəsmi Bakı operativ qaydada beynəlxalq ictimaiyyətin diqqətinə dəfələrlə Ermənistanın Şuşa, Laçın, Kəlbəcər istiqamətində hərbi təxribatlara əl atması, noyabrın 16-da genişmiqyaslı hücum həyata keçirməyə cəhd göstərməsi və yaranmış vəziyyətə görə bütün məsuliyyətin Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşməsini çatdırdı. Noyabrın 16-da Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib, ABŞ, Rusiya, Fransa, İtaliya və digər ölkələr məsələ ilə bağlı bəyanatlar veriblər. Bəyanatlarda narahatlıq ifadə olunmaqla yanaşı, sərhədlərin demarkasiyası və delimitasiyası ilə bağlı danışıqlara başlamağın vacibliyi vurğulanıb.

Məsələyə münasibət bildirən təşkilatların, dövlətlərin mövqeyi Azərbaycanın mövqeyi ilə üst-üstə düşüb. Azərbaycan artıq uzun müddətdir ki, sərhədlərin demarkasiyası və delimitasiyası, kommunikasiyaların açılması, sülh müqaviləsinin bağlanması təşəöbbüsü ilə çıxış edir, Ermənistan isə bu çağırışlara reaksiya vermir.

Beynəlxalq ictimaiyyətin mövqeyi göstərdi ki, Ermənistanın növbəti dəfə təxribat və avantüra törədərək Azərbaycanı günahkar qismində təqdim etmək cəhdi də iflasa uğradı. Təsadüfi deyil ki, Ermənistan hətta ayrı-ayrı ölkələri də şantaj etməyə cəhd göstərdi. Ermənistan Təhülkəsizlik Şurasının katibi Armen Qriqoryanın Rusiyanın və KTMT-nin məsələyə müdaxilə etməyəcəyi təqdirdə digər beynəlxalq tərəfdaşlara müraciət hüququnu özündə saxlaması barədə açıqlaması Rusiyanı şantaj etmək cəhdindən başqa bir şey deyildi. Ermənistanın ayrı-ayrı güc mərkəzlərinə müraciətləri isə həm də qorxaqlıq və yaltaqlığın bariz nümunəsidir.

Azərbaycanın hərbi və diplomatiya cəbhəsində növbəti dəfə qələbə qazandığı döyüşlərdə ordumuz şəhid də verdi.

Şəhidlərin xatirəsi həmişə müqəddəsdir, xalqımız bunu 44 günlük müharibədə də, ondan öncə də sübut edib. Hərbi əməliyyatlar zamanı Azərbaycan tərəfi 7 şəhid verib, 10 nəfər yaralanıb.

Döyüşlərdə itkilər verməyimizi təbii ki, heç kim istəməzdi. Lakin noyabrın 16-da başladığı genişmiqyaslı təxribatında Ermənistanın ağır silahlardan istifadə etməsi toqquşmaları olduqca şiddətli vəziyyətə gətirdi və belə döyüşlərdə itkilərə yol verməmək çətin, praktiki cəhətdən mümkün deyil.

Azərbaycan Ordusundakı nizam intizam, peşəkarlıq, bölmələrimizin ən müasir texnika, silah-sursatla təminatı itkilərin minimuma endirilməsini təmin edir. Ermənistan isə növbəti dəfə Azərbaycandan dəfələrlə çox itki verdi: 20-dən artıq canlı qüvvə itirib, 40-dan artıq hərbçi yaralanıb, xeyli sayda silah sürsat onlardan qənimət götürülüb;

Ermənistan hər mümkün halda yeni təxribat törətməyə cəhd göstərəcəyi şübhəsizdir. Digər ölkələrin təcrübəsinə baxsaq, Azərbaycan Ordusunun qarşıdakı dövrdə də belə təxribatlara hazır olmasının zəruriliyi aydın olur. Misal üçün, Türkiyə uzun illərdir bu tipli təxribatlardan əziyyət çəkir. Qardaş ölkədə terrorçuların hərbçilərin postlarına hücumları, əskər ölümü tez-tez baş verən haldır. Həmçinin, İsrail ordusu daim belə gərginlikdə fəaliyyət göstərir, hücumlar, silahlı toqquşmalar tez-tez baş verir.

Ermənistanın davranışları da göstərir ki, terror hücumları, təxribatlar davamlı ola bilər və buna qarşı ordumuz daim tətikdə olmalıdır./

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm