• USD 1,7000 0,00% EUR 1,9190 -0,03%
    • GBP 2,2589 +0,40% RUB 0,0229 -0,87%

İrəvan Rusiyanı şantaj edir, nəticəni görəcək – Korotçenko

İrəvan Rusiyanı şantaj edir, nəticəni görəcək – Korotçenko

Ermənistan Təhlükəsizlik Şurası katibi Armen Qriqoryanın “əgər Rusiya Ermənistana yardım etməsə, onda İrəvan başqa variantlar axtaracaq” sözləri tamamilə siyasi şantajdır.

Publika.az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında rusiyalı hərbi ekspert, “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko deyib.

“Aydındır ki, Ermənistan tərəfi NATO və Fransanı nəzərdə tutur. Necə deyərlər, bayraq öz əllərindədir”, - həmsöhbətimiz bildirib.

Korotçenkonun sözlərinə görə, beynəlxalq hüquq nöqteyi-nəzərindən Rusiya və ya KTMT-nin Ermənistan-Azərbaycan sərhədindəki situasiyaya hər hansı müdaxiləsi üçün heç bir əsas yoxdur:

“Çünki Ermənistan və Azərbaycan arasında dəqiq sərhəd xətti hələ müəyyən edilməyib. Və bu sərhəd ona görə dəqiqləşməyib ki, Paşinyan bir ildən artıqdır dövlət sərhədinin delimitasiya və demarkasiya prosesini praktik olaraq iqnor edir.

Bu mövzuda Rusiya Xarici İşlər Nazirliyi dəfələrlə Ermənistana öz vasitəçiliyini təklif edib. Azərbaycan buna razıdır. Amma hətta bu il noyabrın ilk ongünlüyündə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin sammiti ona görə baş tutmadı ki, Paşinyan görüşə gəlməkdən imtina etdi”.

İmtinanın səbəbinə gəlincə, ekspertin fikrincə, Ermənistan baş nazirinə sammitdə sual verəcəkdilər ki, bir il boyunca üçtərəfli bəyanatın yerinə yetirilməsi istiqamətində sən nə iş görmüsən?

“Faktiki olaraq Paşinyan, sərhədin delimitasiya və demarkasiyası da daxil olmaqla, heç bir iş görməyib. Ona görə də Ermənistan tərəfinin Rusiyanı şantaj etməsi, Rusiya və KTMT-ni tərk edəcəkləri hədəsi və hansısa Qərbə dəstək üçün gedəcəkləri – öz işləridir. Görək, Rusiya ilə müttəfiq münasibətlərini pozandan sonra Ermənistan öz problemini necə çözəcək”, - ekspert vurğulayıb.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR