• USD 1,7000 0,00% EUR 1,9190 -0,03%
    • GBP 2,2589 +0,40% RUB 0,0229 -0,87%

Zəngəzur dəhlizi ilə bağlı ayrı saziş imzalana bilərmi?

Zəngəzur dəhlizi ilə bağlı ayrı saziş imzalana bilərmi?

Zəngəzur dəhlizinin açılması – Naxçıvanla Azərbaycanın nəqliyyat əlaqəsinin yaradılması 10 noyabr razılaşmasının 9-cu bəndində əksini tapır. Azərbaycan və Ermənistan arasında imzalanacaq mümkün sazişdə iki istiqamət ola bilər.

Birincisi, dəhlizlə bağlı yox, kommunikasiyanın açılmasının qrafiki ilə bağlıdır: 11 yanvar 2021-ci il Moskva bəyanatında baş nazir müavinlərinin iştirakı ilə yaradılan İşçi Qrup kommunikasiyanın açılması qrafikini mart ayının 1-nə qədər hazırlamalı və təsdiq edilməsi üçün liderlərə təqdim etməli idi; proses uzandı və Moskvanın vasitəçiliyi ilə keçirilməsi gözlənilən görüşdə məhz hazırlanmış qrafikin təsdiqi mümkündür; bu qrafikin təsdiq edilməsi həm də Zəngəzur dəhlizinin Ermənistandan keçən hissəsinin konkret nə vaxt açılacağının bəlli olması deməkdir;

İkincisi, sərhədin demarkasiya və delimitasiyasıdır: son döyüşlərdən sonra Paşinyan Rusiya Müdafiə Nazirliyinin kommisiyanın yaradılması təklifini qəbul etdiklərini açıqladı, bu gün razılıq cavabı Moskvaya yazı şəkildə göndərilib; Rusiya MN təkliflərini may ayında göndərib və may ayında Azərbaycanın Qaragöl istiqamətində dövlət sərhədini bərpa etməsi o deməkdir ki, İrəvan təkliflərə razılıq vermədiyi üçün Bakı praktiki addım atmaq qərarına gəlib; və bu, həm də təkliflərin Azərbaycan tərəfindən öncədən qəbul edildiyi fikrini önə çıxarır;

Zəngəzur dəhlizi ilə bağlı ayrıca sənəd imzalana bilərmi?

Əslində indi açıq qalan məsələ budur. Çünki İrəvan Naxçıvana açılacaq yolda Ermənistanın gömrük postlarının qurulmasını istəyir. Overçuk sonuncu dəfə İrəvana səfərində bildirdi ki, “kommunikasiyanın açılmasından sonra tərəflər öz ərazilərindən keçən yollarda suverenliyə sahib olacaqlar”. Paşinyan bir neçə gün öncə nəqliyyat xətlərinin açılmasından danışarkən “gömrük-keçid məntəqəsi”ndən bəhs etmişdi. Mümkündür ki, Moskva ümumi kommunikasiyanıın açılması üçün İrəvanın “gömrük tələbi”ni qəbul edib: yolun təhlükəsizliyini rus əsgərləri qoruyur, amma ermənilərin də gömrük məntəqəsi olur;

Zəngəzur dəhlizində bunun olması 10 noyabr razılaşması çərçivəsindən çıxmaq deməkdir və ayrıca sazişin imzalanmasına lüzum yaranır. Bu baxımdan, Zəngəzur dəhlizi ilə bağlı ayrı razılaşmanın olması da mümkündür.

Zəngəzur dəhlizində Ermənistanın gömrük postunun qurulması Azərbaycana Laçın dəhlizində eyni addım atmasına imkan yarada bilər: 10 noyabr razılaşmasında Laçın dəhlizində, o cümlədən, Naxçıvana açılacaq yolun təhlükəsizliyinin rus hərbçiləri tərəfindən qorunacağı qeyd olunur; əıər rus hərbçilərinin olduğu Zəngəzur dəhlizində erməni postu olacaqsa, Azərbaycan eyni məntiqdən çıxış edərək, Laçın dəhlizinə post qurmaq tələbini irəli sürə bilər;

Əslində, Naxçıvanla qurulacaq nəqliyyat xəttinin Bakı tərəfindən dəhliz adlandırılmasının gələcək hədəflərindən biri də budur.

Asif Nərimanlı

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR