Ombudsman Aparatının əməkdaşları Gürcüstanda təlim səfərində - FOTO
Bizi izləyin

Nida Təhlil

Ombudsman Aparatının əməkdaşları Gürcüstanda təlim səfərində - FOTO

Avropa İttifaqı və Avropa Şurasının “Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq II” birgə proqramı çərçivəsində həyata keçirilən “Azərbaycanda İstanbul Konvensiyası və digər gender bərabərliyi standartlarına dair məlumatlılığın artırılması” layihəsi üzrə Azərbaycanın müvafiq dövlət qurumları nümayəndələrinin Gürcüstana təlim səfəri təşkil olunub.

Ombudsman Aparatından Publika.az-a verilən məlumata görə, təlimin əsas məqsədi “Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizə haqqında” Avropa Şurası Konvensiyasının (İstanbul Konvensiyasının) implementasiyası istiqamətində Gürcüstan təcrübəsi ilə tanışlıq, bu sahədə Azərbaycan və Gürcüstanın dövlət qurumları arasında təcrübə mübadiləsinin təşviqi olub.
Təlim səfərində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşları Aytən Tarverdiyeva, Şəhla Aslanova, Tahirə Rəhimova, Elvin Hacıyev və Mikayıl Bayramov iştirak ediblər. Keçirilmiş görüşlər zamanı nümayəndə heyəti üzvləri Azərbaycanda qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması ilə bağlı həyata keçirilən kompleks tədbirlər, qəbul edilmiş Milli Fəaliyyət Planları, habelə Azərbaycan Ombudsmanının bu sahədə fəaliyyəti barədə ətraflı məlumat veriblər. Nümayəndə heyətinin tərkibində Ədliyyə Nazirliyi, Xarici İşlər Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi də təmsil olunub.
Səfər çərçivəsində iştirakçılar Gürcüstan Hökuməti Administrasiyasında, Ədliyyə Nazirliyində, Parlamentdə, Daxili İşlər Nazirliyində, Baş Prokurorluqda olub, habelə Xalq Müdafiəçisi (Ombudsman) Ofisinin, İnsan Alveri Qurbanlarına Dövlət Qayğısı və Yardımı Agentliyinin, Gürcüstan vətəndaş cəmiyyəti institutlarının nümayəndələri ilə görüşlər keçiriblər. Görüşlər zamanı həmin qurumların səlahiyyətli nümayəndələri İstanbul Konvensiyasının ratifikasiyasına qədərki və sonrakı mərhələdə Gürcüstan qanunvericiliyinə edilmiş dəyişikliklər, təcrübədə qarşıya çıxan məsələlər, sığınacaqlar və böhran mərkəzlərinin fəaliyyəti haqqında geniş məlumat veriblər.
Yekunda iştirakçılar arasında təlim səfəri nəticəsində əldə edilmiş bilik və təcrübə ilə bağlı müzakirə aparılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm