Putin Əliyevlə görüşdən öncə telefonda Paşinyana nələr dedi?
Bizi izləyin

Nida Təhlil

Putin Əliyevlə görüşdən öncə telefonda Paşinyana nələr dedi?

Putinlə Paşinyan arasında telefon danışığı olub. Üçtərəfli bəyanatların icrasının müzakirə edildiyi söhbətdə Moskva maraqlı tərəfdir və istisna deyil ki, telefon söhbəti Rusiyanın təşəbbüsü ilə baş tutub.

Moskvanın bu zəngdə üç məqsədi var:

- Paşinyan Rusiyanın təklif etdiyi üçtərəfli görüşə razılaşmadığı halda, niyə Avropa İttifaqının təklifini qəbul edib?

- Aİ-nin təklifini qəbul edən Ermənistanın Rusiyanın vasitəçiliyi ilə əldə olunmuş üçtərəfli razılaşmalara sadiqliyi yoxlanılır;

- Brüssel görüşündən öncə Rusiyanın üçtərəfli görüş təklifini reallaşdırmaq: Moskva Avropa masasında vasitəçiliyinə qarşı mümkün risklərin qarşısını almaq istəyir;

Rusiya 15 dekabra – Brüssel görüşünə qədər üçtərəfli görüşün keçirilməsinə çalışacaq. Lakin buna nail olmasa belə, Putin bu zəngdə Paşinyana rusların nəzarətindən kənar çıxmağın bağışlanmaz olduğunu izah edib.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm