Onlar Ermənistana təzyiq göstərməlidir - Politoloq
Bizi izləyin

Nida Təhlil

Onlar Ermənistana təzyiq göstərməlidir - Politoloq

“Keçiriləcək görüşün gündəmində həm demarkasiya və delimitasiya məsələsi, həm də Ermənistanın törətdiyi təxribatlar olacaq. Onlar sərhədboyu ərazilərdə insidentlər törədərək sülh müqaviləsinin imzalanmasını gecikdirmək istəyirlər”.

Bunu Publika.az-a açıqlamasında politoloq Fikrət Sadıqov deyib.

Politoloq qeyd edib ki, Azərbaycan bu görüşdə qəti prinsipial mövqeyini irəli sürəcək: “Çünki bu cür təxribatların qarşısı tez bir zamanda alınmalıdır. Qarabağda terror aktları törədən ermənilər birbaşa olaraq İrəvandan əmr alır. Azərbaycan Ordusu hər bir təxribata adekvat addımlar atır. Əgər həqiqətən Ermənistan bölgədə sülhün bərqərar olmasının tərəfdarıdırsa, 10 noyabr sazişinin bütün müddəalarını yerinə yetirsin”.

F.Sadıqov vurğulayıb ki, Ermənistan sülh müqaviləsi bağlamağa hazır deyil: “Ermənistanın daxili-siyasi vəziyyəti Paşinyanı çabalamağa məcbur edir. O çalışır ki, bir sıra qüvvələrin maraqlarına uyğun olan addım atsın. Ancaq Ermənistan hakimiyyəti başa düşməlidir ki, sülh müqaviləsi bağlanmalıdır. Burada müəyyən rol oynayan aparıcı qüvvələr var. Həmin qüvvələr əgər bu görüşü təşkil edirsə, onlar anlamalıdırlar ki, sülh müqaviləsinin bağlanması üçün Ermənistan sivil addımlar atmalıdır. Azərbaycan Ermənistandan fərqli olaraq digər dövlətlərin ərazisinə göz dikməyib. Burada söhbət tək Qarabağdan getmir, çünki Ermənistan Naxçıvan və Qazaxın da müəyyən ərazilərini işğal edib. Dünyanın öndə gedən ölkələri bu kimi məsələlərdə Ermənistana təzyiq göstərməlidir. Çünki onlar öz çirkin əməllərindən və sərsəm bəyanatlarından əl çəkməsələr, bölgədə sülh yaranmayacaq”.

Rahib Ələsgərov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm