Paşinyanın Bakıya qarşı absurd ittihamları və özünütəkzibi
Bizi izləyin

Nida Təhlil

Paşinyanın Bakıya qarşı absurd ittihamları və özünütəkzibi

Ermənistanın baş naziri Nikol Paşinyan son çıxışında Azərbaycanı “ərazi iddiası irəli sürməkdə” ittiham etdi, lakin həm də öz fikirlərini özü təkzib etdi.

N.Paşinyan iddia edir ki, Zəngəzur dəhlizi və ya Şərqi Zəngəzur kimi terminləri Azərbaycan tərəfi uydurur, bununla Ermənistana qarşı bununla ərazi iddiaları irəli sürür. Halbuki, coğrafiya və tarixin günahkarı Azərbaycan deyildir.

Ermənistanda tarix o qədər saxtalaşdırılıb ki, Paşinyan Zəngəzurun tarixi adını bilməyə bilər. Azərbaycan coğrafi/tarixi adları öz adları ilə çağırır. Məsələn dünyada Şimali Makedoniya, Cənubi Tirol, Qərbi Saxara, Şərqi Timor, Mərkəzi Afrika Respublikası kimi tarixi/coğrafi adlar vardır. Heç kim onların mövcudluğunu şübhə altına qoymur. Əgər bu ərazinin adı Zəngəzurdusa, onu başqa adla niyə adlandırmalıyıq?

N.Paşinyan Azərbaycanı Ermənistana münasibətdə aqressiv siyasət yürütməkdə və ya cəngəllik siyasəti aparmaqda da ittiham edir.

Hərçənd sual yaranır: 30 il Ermənistanın Azərbaycana qarşı apardığı siyasətin adı nədir?

- Bu gün belə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində Ermənistan silahlı qüvvələrinin ünsürləri hələ də qalmaqdadır. Halbuki, 10 noyabr razılaşmasının 4-cü bəndinə uyğun olaraq, bu silahlı dəstələr Azərbaycan ərazisindən çıxarılmalıdır.
- Azərbaycan Qazax rayonunun kəndləri və Naxçıvanın Kərki kəndi Ermənistanın işğalı altındadır.
-Paşinyan hökumətinin parlamentə çıxardığı və təsdiq olunduğu sənəddə Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları növbəti dəfə təsdiq olunub.
- Paşinyan öz nitqində Qarabağı yenə də “artsax” adlandıraraq Azərbaycanın bu bölgəsinin öz müqəddəratını təyin etmə statusuna malik olduğunu bildirib.

Bütün bunlar Ermənistanın Azərbaycana qarşı yürütdüyü aqressiv siyasətinin açıq nümunələridir.

Paşinyan xəritələr məsələsindən danışanda isə Azərbaycana qarşı irəli sürdüyü ittihamları öz dili ilə təkzib edir. Etiraf edir ki, sərhədlər bağlı xəritələr çoxdur, hətta onları şəkilli kağız adlandırır. Bununla Azərbaycanın tezisini təsdiq edir ki, Ermənistan-Azərbaycan sərhədləri, xüsusilə sərhədin Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər istiqamətləri ilə bağlı vahid xəritə yoxdur. Onda hansı əsasla Ermənistan Azərbaycan qoşunlarının Ermənistan ərazisində olduğunu iddia edir?

Paşinyan da bu çıxışı ilə etiraf edir ki, Azərbaycan Silahlı Qüvvələrinin Şərqi Zəngəzurda durduqları yer ölkəmizin suveren ərazisidir.

N.Paşinyan Ermənistan ərazisində olan Azərbaycan anklavları məsələsinə də toxunur (Qazax istiqaməti) və onlar barəsində danışmağın əssasız olduğunu deyir. Bildirir ki, anklavların hüquqi əsaslandırılması barədə suallar var. Əgər elədirsə, onda Azərbaycanda tam haqlı şəkildə Qərbi Zəngəzurun, Dərəlyaz və Şərqi Göyçənin və hətta İrəvanın Ermənistana verilməsinin qeyri-hüquqi xarakter daşıdığını əsaslandıra bilər. Çox da uzaq olmayan tarixdən bizə məlumdur ki, böyük miqyasda Azərbaycan əraziləri 1929-cu ildə Levon Mirzəyan Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin rəhbəri olan zaman Ermənistana verilibdir.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm