• USD 1,7000 0,00% EUR 1,9190 -0,03%
    • GBP 2,2589 +0,40% RUB 0,0229 -0,87%

Peskovdan ABŞ-a TARİXİ XATIRLATMA: 90-cı illərin əvvəllərində Rusiya...

Peskovdan ABŞ-a TARİXİ XATIRLATMA: 90-cı illərin əvvəllərində Rusiya...

"ABŞ-ın rəhbərliyi altında həyata keçirilməsi nəzərdə tutulan, Rusiya və Çinin dəvət olunmadığı Demokratiya Sammitini mənfi dəyərləndiririk".

Publika.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov ABŞ-ın Rusiyanı Demokratiya Sammitinə dəvət ertməməsinə münasibət bildirərkən deyib.

O bildirib ki, sanki demokratiya patenti Amerikaya məxsusdur: "ABŞ müəyyən mənada demokratiya anlayışının ona aid olduğunu göstərmək istəyir. Lakin onlar bu davranışı ilə dünyada yeni ayrı-seçkilik xətləri çəkməyə başlayır. 90-cı illərin əvvəllərində Rusiya dünyada divarları dağıtmaq üçün çox səy göstərdi. Birləşmiş Ştatlar indi ölkəni və insanları yaxşıya və pisə bölərək yeni divarlar hörməyə çalışır".

Qeyd edək ki, ABŞ Dövlət Departamenti dekabrın 9-10-da onlayn keçiriləcək Demokratiya Sammitinə dəvət olunmuş 110 ölkənin siyahısını dərc edib. Siyahıya Azərbaycan, Türkiyə, Rusiya, Macarıstan, Çin, Misir kimi ölkələr daxil edilməyib.

Akqabay

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR