Rusiya bu problemləri həll etməsə... - Elman Məmmədov
Bizi izləyin

Nida Təhlil

Rusiya bu problemləri həll etməsə... - Elman Məmmədov

“Soçi görüşü bir sıra məsələlərin həll olunması üçün çox böyük əhəmiyyət daşıyır. Görüşdən əvvəl Paşinyan sərsəm çıxışlar edib, ancaq bu çıxışlar içində müəyyən konstruktiv mövqelər də mövcuddur”.

Bunu Publika.az-a açıqlamasında millət vəkili Elman Məmmədov deyib.

Deputat qeyd edib ki, Paşinyan müstəqil fikirlərə sahib insan deyil: “Onun bu cür sərsəm çıxışları daxili auditoriyanı ələ almaq üçün atılmış bir addımdır. Rusiya bu məsələdə özünün vasitəçilik nüfuzunu saxlamaq və bölgədə söz sahibi olduğunu təsdiqləmək üçün Ermənistana çox ciddi məsələlərdə təzyiq göstərəcək. 10 noyabr razılaşmasının müddəalarının yerinə yetirilməsi ilə bağlı danışıqlar olacaq. Sərhədlərin demarkasiya və delimitasiya olunması ilə bağlı məsələlər öz həllini tapmalıdır”.

E.Məmmədov vurğulayıb ki, 10 noyabr sazişinə uyğun olaraq separatçı dəstələrin torpaqlarımızdan çıxarılması məsələsi gündəmə gətiriləcək: “Həmin terrorçu dəstələrin torpaqlarımızdan çıxarılması və cinayətkarların bizə təhvil verilməsi ilə bağlı məsələlər müzakirə olunmalıdır. Bu mövzu ətrafında Rusiyanın da üzərinə böyük məsuliyyət düşür. Çünki həmin dəstələr Rusiya sülhməramlılarının himayəsində fəaliyyət göstərirlər. Bu cür məsələlər Azərbaycan üçün qəbuledilməz haldır. Prezident İlham Əliyev bu mövzu ətrafında ciddi mövqeyini sərgiləyəcək. Bu görüşdə Ermənistan konkret addımlar atmalıdır. Həmin məsələlər həll olunmalıdır ki, Rusiya bölgədə vasitəçilik missiyasını itirməsin. Rusiya bu problemləri həll etməsə, Brüsseldə keçiriləcək görüşdə həmin mövzular müzakirə olunacaq. Brüsseldə Rusiyanın istəmədiyi məsələlər gündəmə gətirilə bilər. Bunlardan biri - Fransa və ya ABŞ-ın həmsədr ölkə kimi bölgəyə gəlməsi gündəmə gətirilə bilər. Azərbaycanla Ermənistan arasında gərginliyi bitirmək üçün həmin ölkələr vasitəçilik etmək istəyində olacaqlar. Azərbaycan bu görüşdə öz tələblərini irəli sürəcək”.

Rahib Ələsgərov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm