Soçi masasında öndə olan 2 məsələ - Musabəyov açıqladı
Bizi izləyin

Nida Təhlil

Soçi masasında öndə olan 2 məsələ - Musabəyov açıqladı

“Düşünürəm ki, Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin Soçidə baş tutacaq görüşündən sonra yenə də birgə bəyanat qəbul olunacaq. Bundan başqa, kommunikasiya xətlərinin, yolların açılması ilə bağlı tərəflərin konkret öhdəliklər götürməsi müəyyənləşdiriləcək”.

Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Rasim Musabəyov deyib.

Millət vəkili bildirib ki, Soçidə Azərbaycan və Ermənistan arasındakı sərhədlərin demarkasiyası, delimitasiyası ilə bağlı müştərək komissiyanın yaradılması məsələsində razılığa gəlinə bilər: “Eləcə də bu komissiyanın yaradılmasından sonra real işlərə başlanılması üçün yekun qərarın qəbul edilməsi mümkündür. Düşünürəm ki, Soçi görüşündə bu 2 məsələ müzakirə masasında ən öndə olacaq. Tərəflər arasında etimad yaradılması ilə bağlı məsələlərin müzakirəsi də istisna deyil. Bundan başqa, bu kimi oxşar məsələlər müzakirə oluna və qəbul olunan bəyanatda tərəflərə müəyyən çağırışlar edilə bilər”.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm