Əliyevlə Putinin təkbətək görüşü: Bakı-Moskva xəttində hər şey qaydasındadır
Bizi izləyin

Nida Təhlil

Əliyevlə Putinin təkbətək görüşü: Bakı-Moskva xəttində hər şey qaydasındadır

Prezident İlham Əliyevin Soçiyə səfərinin birinci hissəsi yekunlaşdı: Azərbaycan lideri rusiyalı həmkarı Vladimir Putinlə təkbətək görüşdü və görüşdə verilən açıqlamalar həm ikitərəfli münasibətlər, həm də sərhəddə baş verənlər fonunda əhəmiyyətlidir.

Soçidə ilk diqqətçəkən məqam Putinin öncə Prezident İlham Əliyevlə təkbətək görüş keçirməsidir. Ardınca Əliyev-Putin-Paşinyan görüşü keçiriləcək, Putinlə Paşinyanın təkbətək görüşü sonda baş tutacaq. Buradan iki nəticə çıxır:

Birincisi, Moskva üçün Bakı ilə münasibətlər xüsusilə əhəmiyyətlidir;
İkincisi, Rusiya prezidenti mümkün razılaşmalara məcbur edilən tərəfə – Paşinyana sonda vəziyyəti izah edəcək, həm də atılmalı addımları bildirəcək;

Əliyev-Putin görüşün mətbuata açıqlamalar iki istiqamətdə idi.

Birinci istiqamət: Azərbaycan-Rusiya əlaqələri;

Prezident İlham Əliyev bəyan etdi ki, Azərbaycan-Rusiya münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır.

İki ölkə arasında ikitərəfli əlqələrin inkişaf dinamikası olduqca müsbətdir. Liderlərin çıxışları təsdiq edirm ki, tərəflər qarşılıqlı əlaqələrin bütün istiqamətlər üzrə inkişaf səviyyəsinin yüksəldilməsində maraqlıdır.

İkitərəfli görüşdən çıxan nəticələr:

- İqtisadi, siyasi, mədəni sahələrdə əlaqələr yüksək səviyyədə inkişaf edir;
- İki ölkə arasında ticarət dövriyyəsi yüksəlir, iqtisadi əməkdaşlığın inkişaf etdirilməsinə çox böyük maraq var;
- Azərbaycanla Rusiya arasında iqtisadiyyat və humanitar sahələrin əksər sferalarını əhatə edən 7 yol xəritəsi icra olunur;
- Rusiyada azərbaycanlı tələbələrin təhsil almasına əlverişli şərait yaradılıb. 15 minə yaxın azərbaycanlı gənc Rusiyada təhsil alır;


Azərbaycan və Rusiyanın səsmi şəxslər arasında qarşılıqlı səfərlərin dinamikası yüksəkdir. Son bir həftədə Azərbaycan Prezidenti Rusiya hökuməti sədrinin müavinini, Rusiya Elmlər Akademiyasının prezidentini, Rusiya Prezidentinin humanitar əməkdaşlıq üzrə xüsusi nümayəndəsini qəbul edib. Həftə ərzində Rusiya ekspert mərkəzinin və “Rosekzimbank”ın iştirakı ilə biznes konfransı keçirilib. Tədbirdə Rusiyanın 30-dan çox şirkəti iştirak edib.

İkinci istiqamət: Azərbaycan-Ermənistan dövlət sərhədində vəziyyət;

Prezident İlham Əliyev bildirdi ki, 2020-ci il 10 noyabr bəyanatından sonra Rusiya sülhməramlılarının yerləşdiyi ərazilərdə ciddi insident baş verməyib. Baş verən kiçik insidentlər sistemli xarakteri daşımır.

Azərbaycan-Ermənistan dövlət sərhədində baş vermiş toqquşmalar isə risklərə nəzarət etmək, onları minimallaşdırmaq və yekun sülh razılaşması üzərində işləməklə bağlı məsələlərin müzakirəsini, o cümlədən üçtərəfli formatda müzakirəsini zəruri edir.

Bu, üçtərəfli görüşdə əsas müzakirə mövzularından birinin məhz sərhədlə bağlı olacağını deyməyə əsas verir. Görünür, İlham Əliyevlə Putin təkbətək görüşdə razılaşdı və bu razılaşma üçtərəfli masanın əsas gündəmini təşkil edir.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm