Bu, ölkələrimiz arasındakı münasibətlərin dərinləşməsindən xəbər verir - Badamov
Bizi izləyin

Nida Təhlil

Bu, ölkələrimiz arasındakı münasibətlərin dərinləşməsindən xəbər verir - Badamov

"Bu gün Azərbaycan-Rusiya münasibətləri müstəqillik tariximizin ən yüksək dövrünü yaşayır. Ölkələrimiz arası münasibətlər strateji tərəfdaşlıq xarakteri daşımaqla yanaşı, qarşılıqılı hörmət və maraq üzərində qurulub".

Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov Azərbaycan-Rusiya əlaqələrinin cari inkişaf səviyyəsindən danışarkən deyib.

Millət vəkili bildirib ki, hökumətlərarası komisiyaların fəaliyyəti ölkələrimiz arasında iqtisadi potensialı düzgün dəyərləndirərərək bu müstəvidə əməkdaşlığımızı dərinləşdirir: "Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Ölkələrimiz arasında ticarət dövrüyyəsi artan templə inkişaf edir və müəyyən olunmuş hədəflərin icrasına yönəlib. Pandemiyanın davam etməsi müəyyən çətinliklər yaratsa da, ölkələrimiz arasında ticarət dövrüyyəsinin 11%-dən çox artması əlaqələrimizin dinamik inkişafının göstəricisidir. Humanitar sahədə əməkdaşlığımız günü-gündən genişlənir. Azərbaycanda 340-dan çox məktəbdə rus dili tədris olunur. Rusiyanın aparıcı universitetlərin filialları Bakıda fəaliyyət göstərir və ölkəmiz üçün vacib mütəxəxsislər hazırlanır. 15 mindən çox gəncimiz Rusiyada təhsil alır".

Azər Badamovun sözlərinə görə, Azərbaycanın Rusiyada ticarət evləri açılır və qeyri-neft məhsullarımızın təşviqi üçün işlər görülür: "Rusiyanın müəsisələrinin Azərbaycanda filialları açılır. O cümlədən işğaldan azad olunmuş ərazilərimizdə "KamAZ" zavodunun filialının yaradılması üçün razılıq əldə olunub. Rusiyanın 500-dən çox müəssisəsi Azərbaycanda investisiya qoyub, fəaliyyət göstərir. Son bir həftədə Rusiya Prezidentinin xüsusi nümayəndəsinin, Baş nazirin müavinin, Elmlər Akademiyasının Prezidentinin Azərbaycana gəlməsi və 30-dan çox şirkətin iştirakı ilə Bakıda biznes konfransının keçirilməsi ölkələrimiz arasındakı münasibətlərin dərinləşməsindən xəbər verir. Rusiya bizim ən yaxın qonşumuzdur və biz qonşularımızla səmimi münasibətlərin möhkəmlənməsinə çalışırıq".

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm