Masa arxasında Paşinyan tutqun və qəmgindir, Əliyev isə sakit və əmin! - Korotçenko
Bizi izləyin

Nida Təhlil

Masa arxasında Paşinyan tutqun və qəmgindir, Əliyev isə sakit və əmin! - Korotçenko

Soçidə uğurla keçirilən üçtərəfli sammitdə Vladimir Putin Paşinyan və AB-nin (ABŞ oxu) Rusiyanın Cənubi Qafqazda təhlükəsizlik məsələlərinin təmini və Moskvanın regionda təsirini azaltmaq səylərini sıfırladı.

Publika.az Axar.az-a istinadla xəbər verir ki, bu sözləri tanınmış rusiyalı hərbi ekspert, “Milli müdafiə” nəşrinin baş redaktoru İqor Korotçenko 26 noyabrda Soçidə keçirilən üçtərəfli görüşə münasibət bildirərkən qeyd edib.

“Praktik olaraq Putin-Əliyev tandemi Paşinyan-Makron tandemindən daha güclü və effektiv çıxdı”, - ekspert qeyd edib.

İ.Korotçenko sammitdən görüntülərlə bağlı da fikirlərini bildirib: “Soçi sammitini izlədim: masa arxasında Paşinyan tutqun və qəmgindir, Əliyev isə sakit və əmin!

Qısa desək, Soçi görüşündə Paşinyan ondan tələb edilənlərin hamısı ilə razılaşdı. Ancaq bu barədə Ermənistanda sonra elan edəcək...”

Oxumağa davam et
Reklam
Reklam

Gündəm