Ermənistan buna məcbur olacaq - Deputat
Bizi izləyin

Nida Təhlil

Ermənistan buna məcbur olacaq - Deputat

“Soçidə baş tutan üçtərəfli görüş bizim üçün uğurlu oldu və Azərbaycan bəzi məsələləri gündəmə gətirdi. Sərhədlərin dəqiqləşdirilməsi məsələsinin həll olunması ilə bağlı razılaşmalar əldə olunub”.

Bunu Publika.az-a açıqlamasında millət vəkili Elman Məmmədov deyib.

Deputat qeyd edib ki, bu görüşdə Zəngəzur dəhlizinin açılmasının vacibliyi vurğulanıb: “Rusiya Prezidenti Vladimir Putin də qeyd etdi ki, bölgədə kommunikasiyaların açılması məsələsi tez bir zamanda öz həllini tapmalıdır. O həm də bildirdi ki, 1 həftə ərzində komissiyalar yaradılmalı və ortaq qərara gəlməlidirlər. Bunun əsas məqsədi isə Brüssel görüşünə qədər müəyyən məsələlərin öz həllini tapmasıdır”.

E.Məmmədov vurğulayıb ki, Prezident İlham Əliyev Aşqabadda baş tutan görüşdə də vurğuladı ki, Zəngəzur dəhlizi bütün regionda olan ölkələr üçün önəmlidir: “Bu o deməkdir ki, Zəngəzur dəhlizi ilə bağlı məsələdə razılıq əldə olunub. Bu, Azərbaycan Prezidentinin apardığı uğurlu siyasətin nəticəsidir. Həmin nailiyyətlər İlham Əliyevin hakimiyyətə gəldiyi dövrdən başlayıb. Artıq Azərbaycan öz gücünü hər kəsə göstərib və ordumuz 44 günlük müharibədə nəyə qadir olduğunu nümayiş etdirib. Bizim güclü olmağımız qələbimizin əsas səbəblərindən biridir. Artıq bəzi ölkələr müəyyən məsələlərdə Azərbaycanla məsləhətləşirlər. Biz qalib xalq kimi Ermənistan tərəfinə öz şərtlərimizi bildirmişik. Bəzi məsələlər var ki, onlar zamanla öz həllini tapacaq. Bunlardan biri də Qarabağda olan separatçı qurumun tərk-silah olunmasıdır. Ermənistan tərəfi həyata keçirdiyi cinayətlərə görə beynəlxalq məhkəmə qarşısında cəzalandırılmalı və vurduğu ziyana görə təzminat ödəməlidir. İndi isə ilkin mərhələdə əsas məsələ sərhədlərin dəqiqləşdirilməsidir. Yəni artıq bu məsələlərdə irəliləyiş əldə olunub. Ermənistan hakimiyyəti bizim şərtlərimizi qəbul etməyə məcbur olacaq”.

Rahib Ələsgərov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm