Baydenlə Putin görüşür: Ukrayna qurbandır?
Bizi izləyin

Nida Təhlil

Baydenlə Putin görüşür: Ukrayna qurbandır?

Bu gün Baydenlə Putinin onlayn formatda görüşür: bu, 16 iyun Cenevrə görüşündən sonra ikinci təmasdır və hər iki görüşdən öncə Ukrayna cəbhəsində gərginlik olub;

Ukrayna cəbhəsində gərgin atmosfer hər iki tərəf üçün sərfəlidir: Rusiya öz cəbhəsini, ABŞ öz cəbhəsini bu xəttin bir tərəfində saxlayır;

- Putin imperiyanın “genişlənmə” siyasətini davam etdirir, rus xalqını davamlı olaraq döyüş əhval-ruhiyyəsində diri tutur;
- Bayden köhnə müttəfiqləri Amerika bayrağının altına toplamaq istəyir: Görüşdən öncə Baydenin Fransa, Almaniya, İtaliya və İngiltərə liderləri ilə Ukraynanı müzakirə etməsi də Avropaya “Rusiya təhlükəsinə qarşı ABŞ-ın qoruyucu missiyası”nı nümayiş etdirməkdir; Cenevrə görüşündən öncə də Avropada qurulan təmaslar buna hesablanmışdı;

Və belə görünür ki, Ukrayna tərəflərin masada bir-birinə qarşı istifadə etdiyi kartdır və məqsəd heç də problemin həlli deyil.

Asif


Oxumağa davam et
Reklam
Reklam

Gündəm