Nida Təhlil
Əvvəlki mina xəritələrinin qeyri-dəqiq olduğunu unutmamalıyıq - DEPUTAT
Bu gün baş verənlər onu göstərir ki, Ermənistanın əvvəllər Azərbaycana təqdim etdiyi xəritələr qeyri-dəqiqdir. Ermənilərin təqdim etdiyi mina xəritələri dəqiq olmadığı üçün vətəndaşlarımız diqqətli olmalı və işğaldan azad olunan ərazilərə səfər edərkən ehtiyatlı davranmalıdırlar.
Bunu Publika.az-a açıqlamasında millət vəkili Ceyhun Məmmədov deyib.
Deputat bildirib ki, işğaldan azad olunan ərazilərin minalardan təmizlənməsi prosesi sona çatdırılmadan bu bölgələrə səfərlərin təşkili azaldılmalıdır: “Bu barədə dəfələrlə tövsiyələr edilib, ancaq bəzi vətəndaşların buna əməl etmədiyinin şahidi oluruq. Son vaxtlara kimi bizim onlarla vətəndaşımız bu səbəbdən həyatlarını itirib. Onlar uzun illərdir ki, doğma yurdlarına qayıdacaqları günü gözləyirdilər. Amma tələsdikləri üçün həyatlarını itirdilər. Buna görə də ehtiyatlı olmaq lazımdır. İlk olaraq hər kəs torpaqların minalardan tam təmizlənməsini və azad olunan ərazilərə böyük qayıdışı gözləsinlər”.
C.Məmmədov qeyd edib ki, vətəndaşlardan xahiş olunur ki, səfər zamanı müəyyənləşdirilən marşrutdan kənara çıxmasınlar: “Konkret olaraq təyin olunan bir marşrutla getmək lazımdır. Bəzən onlar öz evlərini, doğma kəndlərini görmək üçün tələsirlər, tövsiyələrə əməl etmirlər. Bu da bir sıra hallarda vətəndaşlarımıza həyatları bahasına başa gəlir. Şübhəli hal gördükləri zaman insanlar məsələyə diqqətlə və həssaslıqla yanaşmalıdır. Əgər partlayıcı görünürsə, təhlükə hiss olunursa və bu kimi ehtimallar varsa, özlərini gözləməlidirlər və tələsməməlidirlər. Hər birimiz nəzərə almalıyıq ki, bu dövrdə diqqətli olmaq lazımdır. Çalışmalıyıq ki, insanlar çətin durumda qalmasınlar. Diqqətli olmasalar bir sıra hallarda vətəndaşlarımızın həyatlarını itirmələrinin şahidi ola bilərik. Buna görə də hər kəs diqqətli davranmalıdır. İcazə verilən zaman hər kəs azad olunan ərazilərə səfər edəcək”.
Akqabay Mıradov
-
Rəsmi xronika13:52İlham Əliyev fərman imzaladı
-
Region13:31Ərdoğandan hökumətdə böyük dəyişiklik: Bu 4 naziri yola salır
-
Rəsmi xronika13:00Prezident toxumçuluqla bağlı fərman imzaladı
-
Hadisə10:20Kəlbəcərdə mina partlayışında xəsarət alan şəxsin ayağı amputasiya olundu - YENİLƏNDİ
-
Dünya10:15Kiyev Vaşinqtona yeni səfir tapa bilmir - Zelenskinin namizədləri niyə geri çəkilir?
-
Yaxın Şərq09:33ABŞ İrandan əl çəkmir: Vaşinqton blokadanı sonsuza qədər davam etdirəcək
-
İdman08:12Yeddi ay komada qalan boksçu vəfat etdi - FOTO
-
Magazin206:16Qızı ilə çimərlik geyimində poza verdi - FOTOLAR









.jpg)


.jpg)

















.jpg)









