Nida Təhlil
II Dünya Müharibəsi: qələbəni mənimsəyən Rusiya və yeni reallıqlar
II Dünya Müharibəsində SSRİ-yə daxil olan ölkələr, o cümlədən, Avropanın yarısı nasistlərə qarşı döyüşdü: Polşa da, Fransa da Hitler ordusu tərəfindən işğal olumuşdu, faşistlərə qarşı müharibədə İngiltərə də, ABŞ da cəbhə almışdı, o cəbhədə avropalı da döyüşürdü, asiyalı da, sovetlər birliyində yer alan bütün xalqlar eyni səngərdə idilər, ruslar kimi azərbaycanlılar da, gürcülər də, Mərkəzi Asiya xalqları da, Şərqi Avropadan olanlar da eyni sırada qərarlaşmışdı.
Və nasizm üzərində qələbədə bu xalqların hər birinin böyük payı, əməyi var. Axı müharibə təkcə Stalinqradda olmamışdı, yaxud nasistlərin hədəfi təkcə Moskva deyildi. O zaman sual yaranır: Rusiya niyə II Dünya Müharibəsindəki qələbəni mənimsəməyə çalışır?!
77 il ərzində Rusiya özünü Hitlerə qarşı qələbənin əsas payçısı kimi aparır və II Dünya Müharibəsi ilə bağlı hər şeyə shib olmağa çalışır. SSRİ dağılmayana qədər mərkəzi idarəçiliyin Moskvada olması bu coğrafiyanın xalqlarının arxa plana atılmasının səbəblərini aydınlaşdırır, bəs qırmızı imperiya tarixin arxivinə getdikdən sonra da Rusiya eyni davranışı sərgiləyir, digər xalqların müharibədə iştirakını heçə sayır. Hərçənd, Qələbə ümumi nəticədir və burada təkcə Rusiyanın yox, nasizmə qarşı cəbhədə yer alan bütün xalqların rolu var.
Azərbaycanın Qələbədə oynadığı rol bunun ən bariz nümunəsidir.
Birincisi, cəbhənin təminatçısı rolunu üzərində götürmüşdü:
- Bakı cəbhədə döyüşən ordu üçün silah-sursat cəbbəxanasına çevrilmişdi və gecə-gündüz silah istehsal edilirdi;
- Cəbhənin yanacaqla təmin edilməsi işi Bakıda həyata keçirilirdi: akademik Yusif Məmmədəliyevin rəhbərliyi altında aviasiya benzini alınmasının yeni texnologiyası yaradıldı; müharibə illərində Azərbaycan neftçiləri 75 milyon ton neft, 22 milyon ton benzin və digər neft məhsulları istehsal edib; Bakı nefti faşizm üzərində qələbənin əsas payçılarından idi, təsadüfi deyil ki, hər beş təyyarədən dördü, hər beş tankdan dördü, hər beş avtomobildən dördü Bakıdan göndərilən yanacaqla işləyirdi;
İkincisi, azərbaycanlılar arxa cəbhə ilə yanaşı, ön cəbhədə də qəhrəmanlıqla döyüşürdülər:
- Müharibəyə gedən 650 min Azərbaycan vətəndaşının 420 mini geri qayıtmadı;
- Qəhrəmanlıqlarına görə 43 azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 30 nəfər isə “Şöhrət” ordeninin hər üç dərəcəsi ilə təltif edilib;
- İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov, Sovet İttifaqı Qəhrəmanları İsrafil Məmmədov, Aslan Vəzirov, Adil Quliyev, Ziya Bünyadov, Gəray Əsədov, Məlik Məhərrəmov, Mehdi Hüseynzadə, generallar Mahmud Əbilov, Akim Abbasov, Tərlan Əliyarbəyov, Hacıbaba Zeynalov və digərləri faşizm üzərində Qələbədə tarix yazdılar;
Hitlerin əsas hədəflərindən biri də Bakı idi. Hərbi kinoxronikalarda bunun əyani nümayişi də mövcuddur: görüntülərdə Hitlerə hədiyyə edilən tortun üzərindəki çökəklikdə “Xəzər dənizi” yazılıb və həmin çökəkdə maye qara şokalad və “Bakı” adı var; Hitler qaşıqla şokaladı götürür və tortun üstünə tökür, sonra xaç şəklində şokoladı götürüb onu “Bakı” yazılan yerə sancır;
Bu, faşistlərin Azərbaycanın neft yataqlarını ələ keçirmək planının nümyişi idi. Əgər baş tutsaydı, II Dünya Müharibəsinin nəticələri də başqa cür olacaqdı və bəlkə də bu gün Qələbəni öz adına çıxan, başqa xalqların rolunu arxa plana atan Rusiya belə olmayacaqdı, çünki Bakı arxa cəbhənin arteriyası idi.
Bu baxımdan, Rusiyanın Qələbə ilə bağlı yanaşması qəbul edilən deyil.
II Dünya Müharibəsinin bu gün qeyd olunan 77-ci ildönümündə hər bir azərbaycanlı Azərbaycanın II Dünya Müharibəsi qəhrəman oğlu Həzi Aslanovun abidəsini ziyarət edə, qürur hissi keçirə və Qələbədəki böyük payımızı xatırlaya bilər. Amma və lakin, artıq II Dünya Müharibəsinin “Böyük Vətən müharibəsi” olaraq qəbul edilməsi reallığı dəyişib. Biz xalq olaraq tariximizi unutmur, II Dünya Müharibəsində oynadığımız rolu yaşı xatırlayır və Həzi Aslanov başda olmaqla qəhrəman oğullarımızın əməyini hörmətlə yad edirik. Hərçənd, bizim üçün Vətən müharibəsi anlayışı 44 günlük müharibə və erməni faşizmi üzərində qazandığımız qələbə ilə dəyişdi. Artıq Azərbaycanın öz Vətən müharibəsi, Zəfər bayramı, qəhrəmanları və veteranları var. Bu qəhrəmanlar Ali Baş Komandanın rəhbərliyi ilə Vətən müharibəsində cəmi 44 gün ərzində erməni işğalçılarını torpaqlarımızdan qovdu, 30 il gözlədiyimiz qələbəni bizə yaşatdı.
-
İdman20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial19:20
Ramiz Tatarov azadlığa çıxdı
-
İdman18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
-
Sosial17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı
-
Dünya16:10
Məşhur türk astroloq 2 həftə əvvəl görün nəyə işarə edib: bu ölkənin adını açıqlayıb - FOTO
-
Yaxın Şərq15:57
İsrail bu telekanalın maşınını vurdu: 5 jurnalist öldü
-
Hadisə14:42
Qəzada öldüyü deyilən azərbaycanlı sağ tapıldı - VİDEO