Türkiyə Finlandiya və İsveçə nəyin qarşısında “hə” dedi?
Bizi izləyin

Nida Təhlil

Türkiyə Finlandiya və İsveçə nəyin qarşısında “hə” dedi?

Türkiyə Finlandiya və İsveçin NATO-ya üzvlüyünə razılıq verdi. Anlaşmaya görə:

- PKK və uzantılarına qarşı mübarizədə Türkiyə ilə əməkdaşlıq;
- PYD/YPG və FETÖ-yə dəstəyin verilməməsi öhdəliyi;
- Silah satışında embarqoların aradan qaldırılması və s;

Beləliklə, Ankara istədiyini aldı. Hərçənd, məsələnin təkcə İsveç və Finlandiya ilə məhdudlaşmadığı da bəllidir. Çünki PYD/YPG və FETÖ-yə dəstək ABŞ-dan verilir, Helsinki və Stokholmun bu şəbəkəni himayə etməsi də Vaşinqtonun istəyindən irəli gəlir. Bu kontekstdə Türkiyənin razılaşmasının arxasında iki məqamın olması da mümkündür:

Birincisi, ABŞ-ın FETÖ məsələsində olmasa belə, PYD/YPG-yə münasibətinin dəyişməsi, bu terror təşkilatlarına dəstəyinin ən azı arxa plana keçməsi;

İkincisi, Türkiyənin Suriyada PYD\YPG terrorçularına qarşı yeni əməliyyatının önünün açılması;
Anlaşmanın yazılmayan tərəfindən bu məsələlərin olduğu istisna deyil.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm