Gürcüstanda siyasi böhran: "Parlament prezidentin vetosunu dəf edəcək"
Bizi izləyin

Nida Təhlil

Gürcüstanda siyasi böhran: "Parlament prezidentin vetosunu dəf edəcək"

"Gürcüstan parlamenti çox güman ki, prezident Salome Zurabişvilinin gizli istintaq hərəkətlərinin aparılması haqqında qanun layihəsinə vetosunu aşacaq".

Publika.az xəbər verir ki, bu barədə qonşu Gürcüstanın “Gürcü Arzusu” fraksiyasının sədri Mamuka Mdinaradze partiyanın sessiyası başa çatdıqdan sonra birifinq zamanı deyib.

Onun sözlərinə görə, komanda məsələni müzakirə etməyə davam edəcək: “Biz prezidentin veto qoyması ilə bağlı ümumi arqument gördük, sanki bu qanun Avropaya inteqrasiyanı əngəlləyir. Niyə, hüquqi arqumentlər izah edilmir və təqdim edilmir. Ona görə də biz müzakirələri davam etdirəcəyik, lakin çox güman ki, prezidentin vetosunu Gürcüstan parlamenti dəf edəcək”, - deyə fraksiya sədri bildirib.

Mdinaradzenin sözlərinə görə, hakim partiya bu gün Avropa İttifaqı tərəfindən irəli sürülmüş 12 bənddən ibarət tövsiyyələr paketini də müzakirə edib. O qeyd edib ki, yaxın günlərdə partiyanın siyasi şurası konkret işlərin həyata keçirilməsi üçün cavabdeh subyekt və vaxt barədə addımlar atacaq.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm