Nida Təhlil
NATO-da Çin detalı: gerçək niyyət ortaya çıxır

Madrid sammitində qəbul edilən NATO-nun yeni strategiya konsepsiyasında “əsas düşmən” Rusiya göstərilməklə yanaşı, ilk dəfə Çin də “təhdid” olaraq qeyd olunur: bu konsepsiyanın qəbul ediləcəyi hələ 2019-cu ildə London sammitində qərara alınmışdı və o zaman Çinin artan nüfuzu və böyüməsi təhdid olaraq təsnif edilmişdi, üç il sonra yeni sənəddə bu təhdid rəsmiləşdi;
Və bu strategiyanın Moskva-Pekin ittifaqını gücləndirməsinə yol açması Qərbin ağılsızlığı kimi görünə bilər, hərçənd, hədəfin əvvəldən Çin olduğu fikri indi bir qədər də qətiləşir:
- Çinlə yaxınlaşan Avropa üzərində ABŞ-ın təsirini bərpa etmək, NATO-nun “müdafiə qalxanı” rolunu gücləndirmək və ittifaq daxilindəki çatları qapatmaq üçün Şimal Alyansının yaranma fəlsəfəsini canlandırmaq lazım idi: təhlükə;
- Çin “beyin ölümü keçirir” dedikləri NATO-nu dirildəcək təhlükə kimi qəbul olunmurdu: ən real və effektiv təhlükə NATO-nun qurulma fəlsəfəsinə uyğun olan və “soyuq müharibə”ni Avropanın yaddaşında yeniləyəcək Rusiya idi;
- Rusiya təhlükəsi ilə NATO çətiri altına toplanan Qərb cəbhəsinin yeni və əsas hədəfi elan edildi: Çin;
- Fransa və Almaniya başda olmaqla Avropa Rusiya təhlükəsindən sonra ABŞ-ın Çinə qarşı siyasətində məcbur yer alırlar;
Ukrayna müharibəsinin əsas hədəfi əvvəldən bu olub və bütün bu şərtləri ABŞ üçün Rusiya hazırladı: əvəzində nə alacağı maraqlıdır.

-
Qoroskop00:45
Günün ULDUZ FALI: belə addım atsanız, münaqişə yarana bilər
-
İdman00:23
Qurban Qurbanov: "Asan qələbə olmadı, futbolçularımı qucaqlayıram"
-
Rəsmi xronika00:13
İlham Əliyev Konyada Rəcəb Tayyib Ərdoğanla görüşdü - FOTO
-
Nida Xəbər 9 Avqust 23:24
Mehriban Əliyeva İslamiadanın açılış mərasimindən paylaşım etdi - FOTO
-
ABŞ9 Avqust 22:48
Bayden İsveç və Finlandiyanın NATO-ya daxil olması ilə bağlı protokollar imzaladı
-
Hadisə9 Avqust 22:42
Yevlaxdakı yanğınla bağlı bir nəfər saxlanıldı - RƏSMİ
-
Art9 Avqust 22:32
Azərbaycanın Əməkdar rəssamı vəfat etdi - FOTO
-
Avropa9 Avqust 20:24
Ukraynada “Bayraktar” istehsalı bu tarixdən BAŞLAYACAQ