Slovakiya da Ukraynaya silah verə bilər...
Bizi izləyin

Nida Təhlil

Slovakiya da Ukraynaya silah verə bilər...

Slovakiya Ukraynaya MiQ-29 döyüş təyyarələri və Sovet dövründən qalma tanklar verə bilər.

Publika.az xəbər verir ki, bunu Slovakiya Baş naziri Eduard Heger deyib.

O, çexiyalı həmkarı Peter Fiala ilə birgə keçirdiyi mətbuat konfransında Ukrayna tərəfinin xahişi nəzərə alınaraq, bu barədə detallı danışmaq istəmədiyini qeyd edib.

Slovakiya MiQ-29-ların əvəzinə F-16 təyyarələrini alana qədər Çexiyadan hava məkanının qorunması üçün kömək istəyib.

Peter Fiala isə Çexiyanın bu mövzuda kömək edəcəyini vurğulayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm