Kreml və Tehranın "Bakı qorxusu": Klaarı buraya hansı səbəb gətirdi?
Bizi izləyin

Nida Təhlil

Kreml və Tehranın "Bakı qorxusu": Klaarı buraya hansı səbəb gətirdi?

Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel birliyin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı yenə bölgəyə göndərib.

Publika.az xəbər verir ki, o, İrəvanda görüşlər bitdikdən sonra Bakıya gəlib.

İlham Əliyev Avropa İttifaqının nümayəndəsini bu gün Bakıda qəbul edib.

Politoloq Elxan Şahinoğlunun fikrincə, Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması, kommunikasiyaların açılması, Azərbaycanın üzləşdiyi mina problemi, Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş soydaşlarımızla bağlı məsələlər həllini tapmasa da, rəsmi Bakı Brüsselin vasitəçiliyini fəal surətdə heyət keçirməsindən məmnundur:

“Məmnun olmayan Kremldir. Brüssel qabaqlamaq istəyən Kreml yaxın günlərdə bölgəyə təmsilçisini göndərəcək və ya tərəfləri yenidən Moskvaya toplayacaq. Nəticə isə həmişəki kimi olacaq. İlham Əliyev bu arada, İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şamxanini də qəbul edib. Brüsseldən fərqli olaraq Tehran Ermənistanla Azərbaycan arasında vasitəçi deyil, bu heç bizə lazım da deyil. Əli Şamxani ilə müzakirə ediləcək başqa mövzu var. İran ərazisindən Azərbaycana keçmək istəyən silahlı narkoticarətçilərin sayı azalmır. Təhlükəsizlik Şurasının katibi kimi Əli Şamxanı bu məsələyə əncam çəkməlidir. Necə olur ki, sərhəd pozuçuları İran sərhədçilərinin gözlərindən məharətlə yayınırlar?!”

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm