İrəvan seçim qarşısında: Ya Zəngəzur dəhlizi, ya da...
Bizi izləyin

Nida Təhlil

İrəvan seçim qarşısında: Ya Zəngəzur dəhlizi, ya da...

“Ermənistan mütləq şəkildə həm Zəngəzur dəhlizinin istifadəyə verilməsinə və həm də Laçın dəhlizinin alternativinin çəkilməsinə dəstək göstərməlidir. Əgər İrəvan hakimiyyəti bundan imtina edərsə, Azərbaycan daha ciddi tədbirlərə əl atacaq”.

Bu barədə Publika.az-a açıqlama verən iqtisadçı-ekspert Eldəniz Əmirov bildirdi ki, son illər Azərbaycan təkcə hərbi sahədə deyil, siyasi və iqtisadi sahələrdə də güclənməkdədir:

“Bakının etibarlı tərəfdaş kimi Qərbin yanında nüfuzunun artması İrəvanı birmənalı şəkildə Azərbaycanın şərtlərini yerinə yetirməyə məcbur edəcək. Ola bilsin, qarşıdakı aylarda xarici qüvvələrin təsiri ilə müəyyən problemlərlə qarşılaşacağıq, amma son nəticədə mühüm irəliləyişlər əldə edəcəyik. Artıq İrəvanın hansısa bir seçim etmək imkanları qalmayıb və o, Bakının tələblərini yerinə yetirməyə məcbur qalacaq. Bilirik ki, dövlətimiz həmişə başladığı işi ciddi şəkildə başa çatdırmağı bacarıb”.

Hazırda Ermənistanın müxtəlif güclərin maraqlarının kəsişdiyi nöqtəyə çevrildiyi deyən E.Əmirovun fkrincə, Nikol Paşinyan bəzən ziddiyyətli bəyanatlarını həmin dövlətlərin təzyiqi altında səsləndirir:

“Onun “Qisas” əməliyyatından sonra verdiyi son açıqlamalarda bəzi maraqlı nüanslar var. Burdan belə aydın olur ki, əməliyyat Ermənistan siyasi rəhbərliyinin ürəyincə olub. Onlar erməni xalqına göstərmək istəyirlər ki, Azərbaycanla münasibətlər bərpa olunmadıqca, ölkə siyasi, iqtisadi, hərbi və digər sahələrdə problemlərdən xilas ola bilməyəcək”.

Rövşən Ziya

Oxumağa davam et
Reklam
Reklam

Gündəm