İllərdir görmək istədiyimiz MƏNZƏRƏ...
Bizi izləyin

Nida Təhlil

İllərdir görmək istədiyimiz MƏNZƏRƏ...

İrana, yaxud digər kənar təsirlərə görə Azərbaycanın inanclı kəsimini, xüsusilə çoxluğun mənsub olduğu şiəliyi bütövlükdə hədəf seçmək təhlükəli tendensiyadır: bu, onların özgələşdirilməsi, başqa ölkələrə doğru itələnməsi ilə nəticələnir;

İranın dini siyasətini məhz “şiələr təqib olunur” iddiası üzərindən qurduğunu nəzərə alsaq, ən çox onların əlini gücləndirir;

Ölkədəki inanclı kəsimi hədəf seçməkdənsə, İranın təsirindən çıxmasına çalışmalıyıq.

Bu gün Məşədi Dadaş məscidindəki görüntülər illərdir görmək istədiyimiz mənzərədir: inanclı insanlarımızın əlində dini bayraqlar yox, üzərində İslamın rənginin də olduğu Azərbaycan bayrağı var;

"Məşədi Dadaş" məscidi vaxtilə İranın Bakıda əsas təsir mərkəzlərindən idi.

İndiki mənzərə bu təsiri aradan qaldırmağın, dəyişiklik etməyin mümkünlüyünü, ən azı buna ümidin olduğunu göstərir.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm