Nida Təhlil
Əliyev Mişel vasitəsilə Paşinyana hansı mesajı göndərdi?
.jpg?v1660371846)
Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişellə telefon söhbətində iki məqamı xüsusi vurğuladı.
Birincisi, Ermənistan silahlı qüvvələri və qanunsuz erməni hərbi birləşmələrinin ünsurləri torpaqlarımızdan çıxarılmalıdır: bu, Bakının erməni ordusunun qalıqlarının çıxarılması ilə yanaşı, separatçıların qondarma “müdafiə ordusu” adı ilə fəaliyyət göstərən terror qruplarının da tərkisilah edilməsi tələbindən çıxış etdiyi deməkdir;
İkincisi, Laçın dəhlizinə alternativ yolun inşasının və tikinti işləri başa çatandan sonra sülhməramlıların bu yola dislokasiya olunacağının Rusiya Müdafiə Nazirliyi ilə razılaşdırılmasıdır: Laçın dəhlizinin alternativ yola köçürülməsinə qarşı çıxan rəsmi İrəvan bunu “üçtərəfli bəyanata əsasən Ermənistan alternativ yolun tikintisi ilə bağlı heç bir plana razılıq verməyib” iddiası ilə əsaslandırır; Əliyev Mişel vasitəsilə İrəvana mesaj verir ki, məsələ Rusiya ilə razılaşdırılıb və bu məsələdə Ermənistana heç bir pay düşmür; Azərbaycan öz ərazisində hansısa addımını Ermənistanla razılaşdırmamalıdır;
Mişelin zəngi Avropa İttifaqının bölgədəki proseslərdə iştirakını yeniləmək, “Qisas” əməliyyatından sonra sabitliyin əldə edilməsində pay sahibi olmaq məqsədi daşıyır. Əliyev Bakının tələblərindən geri çəkilməyəcəyini növbəti dəfə bəyan etdi.
Asif Nərimanlı

-
Hadisə10:20
Bişkekdən Antalyaya uçan təyyarə Bakıda məcburi eniş etdi
-
Cənubi Qafqaz07:47
Ermənistan Gürcüstandan xahiş edib ki, Rusiyaya... - Nazir AÇIQLADI
-
Dünya03:30
ÜST meymununçiçəyinin iki variantının adını dəyişdi: səbəb nədir?
-
MDB02:42
İranın ölümlə hədələdiyi yazıçı ABŞ-da BIÇAQLANDI
-
MDB02:12
Trampın əmlakına dair axtarış qərarı və inventarı dərc edildi
-
Elm və təhsil01:21
700 bal toplayan şagird Azərbaycan universitetlərindən imtina etdi
-
Qoroskop00:15
Günün ULDUZ FALI: nigaranlıq və gərginlik yarana bilər
-
ABŞ00:00
Tramp FTB-ni QINADI: "Könüllü təqdim edə bilərdim"