“Bakı Kiyevə silah göndərir” iddiasını KİM, NİYƏ yayır?
Bizi izləyin

Nida Təhlil

“Bakı Kiyevə silah göndərir” iddiasını KİM, NİYƏ yayır?

Azərbaycanın Ukraynaya gizli silah verməsinə dair iddia ortaya atılıb: Bakıdan Kiyevə aviabombalar, lazerli avia-zərbə raketləri göndərilirmiş.

İddianın İraq mediasında peyda olması ilk baxışdan qəribə görünə bilər, hərçənd, bu, əvvəl də istifadə edilmiş mexanizmdir və infotəxribatın arxasında İranın dayandığı bəllidir.

2019-cu ildə İsrailin İraqda İrana bağlı Həşdi-Şəbi qruplaşmasına zərbələr endiriləndə “PUA-ların Azərbaycandan qalxdığı” iddiası İraqda ortaya atıldı, ardınca İran, Rusiya və Ermənistan mediasında tirajlandı, daha sonra Qərbdə müəyyən media resurslarına yol tapıldı və nəhayət, region ölkələrinin mediası Qərb mediasına istinadən “etibarlı” informasiya kimi yayımladı. Bu, Bakıya qarşı siyasi təzyiq oyunlarının bir hissəsi idi.

Azərbaycanın Ukraynaya “silah göndərməsi” iddiası da eyni mexanizmlə yayımlanır.

İraqın “Sabereen News” saytı –media resursunun İrana yaxınlığı bəllidir- bu iddianı əldə etdiyi “məxfi fayl” olaraq yayımlayıb: Rusiyada erməniyönümlü media resurları, həmçinin, Ermənistan mediası informasiyanı istinadla tirajayır;

Bu infotəxribatın təşkilatçısı olan İranın və tirajlanmasını həyata keçirən Ermənistanın hədəfi var: Rusiya-Azərbaycan münasibətlərini baltalamaq, Moskvanı Bakıya qarşı addımlara sövq etmək; xüsusilə Moskvada Zəngəzur dəhlizinin açılmasına qarşı mövqeyin formalaşmasına nail olmaq, yaxud ən azı prosesi ləngitmək;

Bu iddianın Qərbdə erməni diasporu/lobbisinin təsir edə bildiyi media resurslarına “yol tapacağı”, daha sonra “etibarlı məlumat” kimi yenidən “idxal” ediləcəyi də istisna deyil.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm