Nida Təhlil
İrəvanın iddiaları Kremlin XOŞUNA GƏLMƏYİB: Politoloq
"Ermənistan mediasında İrəvandakı “Sürməli” ticarət mərkəzindəki partlayışda “Rusiya izi” barədə o qədər xəbər yayıldı ki, Rusiyanın bu ölkədəki səfirliyi Ermənistan Xarici İşlər Nazirliyinə nota göndərmək məcburiyyətində qaldı".
Publika.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.
O qeyd edib ki, rəsmi Kremlin xoşuna gəlməyib ki, İrəvandakı ticarət mərkəzindəki yanğını Rusiya ilə əlaqələndiriblər:
"Aydındır ki, notanın verilməsi ilə bağlı təlimat Moskvadan gəlib. Həqiqətən Ermənistan hakimiyyətinə yaxın mediada yanğının, o cümlədən metro və hava limanlarına minaların yerləşdirilməsi xəbərdarlıqlarının Rusiya kəşfiyyatının təşkil etdiyinə dair yazılar çoxalıb. Rusiyanın notasında belə bir cümlə var: “Rusiya-Ermənistan müttəfiq münasibətlərini pozmaq istəyən siyasi qüvvələrin təxribatını qınayırıq, Ermənistan hökumətindən qəti addımlar, o cümlədən zəruri şərhlər gözləyirik"".
E.Şahinoğlu vurğulayıb ki, Kremlin təlimatıyla hazırlanan bu cümlədə “siyasi qüvvələr” və “Ermənistan hökumətindən qəti addımlar gözləyirik” ifadələrinin yer alması əslində təxribatçı xəbərlərin arxasında Ermənistan hakimiyyətinə bağlı qüvvələrin dayandığına eyham var: "Görünür, Kreml hesab edir ki, baş nazir Nikol Paşinyan və onun tərəfdarları Rusiyadan narazılığını təxribatların arxasında Moskvanın adını hallandırmaqla bildirməyə çalışırlar. Təsadüfi deyil ki, Kremlə yaxın rusiyalı siyasi ekspertlər mediada Paşinyanın Qərbə satıldığını iddia edirlər. Bu ittihamlar və iddialar Paşinyan və onun nazirlərinin Kremldən “Azərbaycanı durdurun” yalvarışlarını, çoxsaylı qarşılıqlı səfərləri və telefon zənglərini heçə endirir, bizə də imkan verir ki, Qarabağda daha sürətlə qayda-qanun yaradaq".
Rahib
-
ABŞ01:43ABŞ-da bütün hava limanlarında uçuşlar dayandırıldı - Təcili qərar
-
Qoroskop00:45Günün ulduz falı: Qısa səfər planları gündəmə gələ bilər
-
Kriminal13 Noyabr 23:35Azərbaycanda zavodda qanlı olay: 54 yaşlı kişi bıçaqlandı
-
İdman13 Noyabr 21:26Gürcünü döyən Nurməhəmmədov və dostları həbs edildilər
-
Kriminal13 Noyabr 19:50Süni intellektlə hazırladığı görüntülərlə tələbələri şantaj etdi, saxlanıldı - Video
-
ABŞ13 Noyabr 17:18Tramp Vensi İran danışıqlarından kənarlaşdırdı - Səlahiyyətləri dəyişdirildi
-
Sosial13 Noyabr 15:24Arif Mirzəyevin nəşi Azərbaycana gətirilir
-
MDB13 Noyabr 14:36Moskvada jurnalistin avtomobili partladıldı - Yanukoviçin adamıdır
















.png)




















