“BRÜSSEL QOVLUĞU”nda nələr var? - DETALLAR
Bizi izləyin

Nida Təhlil

“BRÜSSEL QOVLUĞU”nda nələr var? - DETALLAR

“Əslində Brüssel görüşündən hansısa sensasiya gözləməyə dəyməz. Prezidentin köməkçisi Hikmət Hacıyev Brüssel görüşü ilə bağlı müəyyən anonslar vermişdi. Bildirmişdi ki, Brüsseldə əsasən Ermənistanla Azərbaycan arasında imzalanması nəzərdə tutulan Sülh müqaviləsi ilə bağlı müəyyən iş qaydası, işçi qruplar, onların təşkili ilə əlaqədar olaraq hansısa qərarların razılaşdırılması gözlənilir. Sərhədlərin delimitasiya və demarkasiyası, eləcə də Zəngəzur dəhlizi ilə bağlı məsələlər də Brüsseldə müzakirə oluna bilər”.

Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Rasim Musabəyov deyib.

Millət vəkili bildirib ki, Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiya və demarkasiyası, eyni zamanda, Zəngəzur dəhlizinin fəaliyyətə başlaması ilə bağlı daha əvvəlki görüşlərdə şifahi razılaşmalar olub:

“Düşünürəm ki, bu məsələlər Bressel görüşündə də bir daha nəzərdən keçiriləcək. Çalışacaqlar ki, bu işlər irəliyə doğru aparılsın. Hələlik nə sərhədlə, nə də Zəngəzur dəhlizi ilə bağlı hər hansı nəticə hasil olmayıb. Baxmayaraq ki, sərhədlərin demarkasiyası ilə bağlı müştərək komissiya fəaliyyət göstərir. Eyni zamanda, nəqliyyat dəhlizləri ilə bağlı İşçi qrup mövcuddur. İndi sülh sazişi ilə bağlı işçi qrupları təşkil olunacaq. Bizim gözləntimiz ondan ibarətdir ki, bu istiqamətdəki işlər irəliləsin. Fikrimcə, bu amil Brüssel görüşündə öndə olacaq. Əvvəlki görüşlərdə də bir sıra qərarlar qəbul edilib. Ancaq həmin qərarların praktiki icrası hələlik ürəkaçan deyil”.

Qeyd edək ki, avqustun 31-də Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Brüsseldə görüşün keçirilməsi nəzərdə tutulub.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm