Nida Təhlil
İrəvanın Zəngəzur dəhlizinə “YOX” deməsinin ƏSL SƏBƏBLƏRİ – TƏFƏRRÜAT
Xankəndindəki separatçı rejimin sabiq “təhlükəsizlik şurasının katibi” Samvel Babayan Zəngəzur dəhlizi barədə mövcud reallığı əks etdirən fikirlər səsləndirib. O deyib ki, Azərbaycan beynəlxalq yol istəyir, çünki öz ərazisindən Araz çayının sahili ilə Ermənistana, eyni şəkildə Türkiyənin Aralıq dənizinə getməsi üçün 6 zolaqlı yol çəkir. Azərbaycan dəhlizi elə işarələyir ki, o, heç bir maneə ilə üzləşməsin və daim fəaliyyət göstərsin.
Samvel Babayanın fikirlərini şərh edən iqtisadçı ekspert Eldəniz Əmirov Publika.az-a bildirdi ki, bu açıqlama daxili auditoriya üçün hesablanıb:

“Separatçı rejim bu məsələdə artıq rəsmi Bakının birmənalı şəkildə iddialı olduğunu bilir və Zəngəzur dəhlizinin gerçəkləşdirəcəyinə tam əmindir. S.Babayan Azərbaycanın bu uğuruna kölgə salmaq, bunun böyük bir iş olmadığını göstərmək istəyir. Rejim rəhbərliyi artıq görür ki, Azərbaycanın hər iki tərəfini, yəni Naxşıvanla Şərqi Zəngəzuru birləşdirən dəhlizin inşası uğurla davam edir və başa çatmaq üzrədir. Əslində S.Babayan “beynəlxalq yol” ifadəsini işlətməklə Bakının ciddi uğura imza atmasını, İrəvanın bununla barışmağa məcbur olmasını pərdələməyə çalışır”.
Ekspertin fikrincə, bu dəhliz təkcə Azərbaycan və Ermənistan üçün deyil, Rusiya və Türkiyə üçün də əhəmiyyətlidir:
“Region ölkələrindən yalnız Gürcüstan kənarda qalır. Naxçıvanla Azərbaycanın əsas hissəsi birləşəndə İran da əvvəlki aktuallığını itirəcək. Bu səbəbdən Tehran ciddi şəkildə narahatdır və layihəyə mane olmağa çalışır. Fəqət bunu edə bilmədiyi üçün bəzi rəsmilərinin dilindən ölkəmizə qarşı xoşagəlməz fikirlər səsləndirir”.
Bakının dəhlizin Ermənistan ərazisindən keçən hissəsinin inşasını da öz üzərinə götürməsi məsələsinə toxunan E.Əmirovin fikrincə, bu marşrut birmənalı şəkildə Azərbaycana verilməlidir:
“Artıq bundan sonra layihə hazırlanmalı, qiymətləndirmələr aparılmalı və təsdiq olunmalıdır. Bu mərhələdə dəhlizin Ermənistandan keçən hissəsinin kim tərəfindən inşa ediləcəyinə baxıla bilər. Düşünürəm ki, bu məsələdə Bakı üstün tərəf olacaq. Bu dəhliz Azərbaycan üçün vacib olduğu qədər Ermənistan, Türkiyə, Rusiya, eləcə də İran üçün vacibdir".
Rövşən Ziya
-
ABŞ01:43ABŞ-da bütün hava limanlarında uçuşlar dayandırıldı - Təcili qərar
-
Qoroskop00:45Günün ulduz falı: Qısa səfər planları gündəmə gələ bilər
-
Kriminal13 Noyabr 23:35Azərbaycanda zavodda qanlı olay: 54 yaşlı kişi bıçaqlandı
-
İdman13 Noyabr 21:26Gürcünü döyən Nurməhəmmədov və dostları həbs edildilər
-
Kriminal13 Noyabr 19:50Süni intellektlə hazırladığı görüntülərlə tələbələri şantaj etdi, saxlanıldı - Video
-
ABŞ13 Noyabr 17:18Tramp Vensi İran danışıqlarından kənarlaşdırdı - Səlahiyyətləri dəyişdirildi
-
Sosial13 Noyabr 15:24Arif Mirzəyevin nəşi Azərbaycana gətirilir
-
MDB13 Noyabr 14:36Moskvada jurnalistin avtomobili partladıldı - Yanukoviçin adamıdır















.png)





















