"Göyçə-Zəngəzur Respublikası"nı kimlər yaratdı? - SENSASİON DETALLAR
Bizi izləyin

Nida Təhlil

"Göyçə-Zəngəzur Respublikası"nı kimlər yaratdı? - SENSASİON DETALLAR

“Rizvan Talıbov vaxtilə “Əli İnsanovun hüquqlarının müdafiəsi” komitəsinin sədri idi. Daha sonra o, bir müddət həbsxana həyatı yaşadı. Bunun ardınca isə Qərbi Azərbaycan mövzusu üzərindən “siyasi fəaliyyət”ə keçdi. İlk vaxtlar bunlar mühacirətdə olan İrəvan Dövləti adlı bir qurum yaratdılar. İdeya normal olsa da, bu qəbildən olan insanlar – Rizvan Talıbov və digərləri axıra qədər həmin məsələnin arxasınca düşüb, onu irəliyə doğru yürüdəcək insanlar deyillər. Üstəlik, mühacirətdə olan Qərbi Azərbaycan – İrəvan Dövləti müəyyən qədər reallıqları əks etdirirdisə də, sonradan həmin qurumda təmsil olunanlar bir-birilə didişməyə başladı. Rizvan Talıbov olduqca ekssenterik bir adamdır. O, həmin təşkilatın içərisindən “Göyçə-Zəngəzur Respublikası” adlı əndrabadi bir ad quraşdırıb yeni “dövlət” yaratdı. İndi də onu Türkiyədə rəsmi şəkildə elan edildiyini açıqladı. Mən Qərbi Azərbaycandan zorla çıxarılmış insanların oraya qayıtmaq istəyini qəbul edirəm. Onların əzəli, əbədi Azərbaycan torpaqlarına qayıdış arzusu da başadüşüləndir. Amma bir qrup potensialı olmayan insanın, prosesləri mükəmməl bilməyən, üstəlik, bunu Azərbaycan dövlətinin mövcud siyasəti ilə uyğunlaşdırmağı bacarmayan adamların ambisiyalarının əsirinə çevrilməsi sözsüz ki, normal bir şey deyil”.

Bunu Publika.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.

Bir neçə gün öncə Türkiyədə “Göyçə-Zəngəzur Respublikası”nın yaradılmasına münasibət bildirən politoloq Qabil Hüseynli söyləyib ki, onların yaratdığı bu qurum çox da uzağa getməyəcək:

“Müəyyən dövrdən sonra yenə də bunların içərisində çəkişmə, bir-birləri ilə yola getməmək kimi hallar ucbatından Rizvan Talıbovun bu “ideya”sı da iflasa uğrayacaq. Ümumiyyətlə, Qərbi Azərbaycan ideyası ilə məşğul olan şəxslərin böyük əksəriyyəti bu ideyadan daha çox şəxsi niyyətlərini həyata keçirmək istəyən adamlardır. Eyni zamanda, ölçüyəgəlməz siyasi ambisiyaların sahibi olan insanlardır. Onların seçdiyi yolda axıra qədər səmimi olacaqları, zənnimcə, böyük şübhələr doğurur. Həmin şəxslər bu ideyaları gözdən salacaqlar. Gec-tez siyasi iflasa uğrayaraq səhnədən gedəcəklər. Dövlətimiz və cəmiyyətimiz bu kimi olaylara, Rizvan Talıbov kimi şəxslərə əhəmiyyət verməməlidir. Onsuz da onlar özləri özlərini ifşa edəcəklər. Bu kimi məsələlərə siyasi və tarixi nöqteyi-nəzərdən fikir bildirmək olar. Amma bütövlükdə, onların arxasınca getməyə, onlara qarşı cəza tədbirləri də görməyə ehtiyac yoxdur. Çünki özləri özlərini çox da uzaq olmayan bir zamanda sıradan çıxaracaqlar. Çünki Qərbi Azərbaycandan olan ziyalılar, ağsaqqallar kənarda qalıb, adi siyasi bəyanatı doğru-düzgün verə bilməyən insanlar ortalığa düşüblər”.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm