Nida Təhlil
Tehran Bakıya qarşı "dözməyəcəm" təhdidinə davam edir
Ermənistan sərhədini “qırmızı xətti” elan edən Azərbaycana qarşı “sionizm” kartını yenidən dilləndirir.
Sentyabrın 21-də Azərbaycan-Ermənistan sərhədini müzakirə edən parlamentinin Milli Təhlükəsizlik Komissiyası bəyanatında “sərhədlərin dəyişilməziliyinin yolverilməz olduğunu” bildirdi.
Və sərhəddə baş verənləri “beynəlxalq sionizm” və NATO fitnələrinin nəticəsi kimi təqdim etdilər.
Bu, Azərbaycan və Türkiyəyə qarşı üstüörtülü mesajdır. Burada NATO üzərində xüsusi vurğunun edilməsi də Rusiyanın Cənubi Qafqaz regiondakı siyasətini dəyişdirmək istəyindən qaynaqlanır: Tehran Moskvaya göstərmək istəyir ki, sərhədin dəyişməsini Rusiya ilə müharibə aparan NATO həyata keçirir;
Sentyabrın 22-də ordusunun xüsusi paradı zamanı baş qərargah rəisi Məhəmməd Baqeri də eyni motivli açıqlama ilə çıxış etdi.
- “Sərhədin güc və müharibə yolu ilə dəyişdirilməsinə dözməyəcəyik”;
- “Təhlükə hiss etsək, sionist rejimin ünsürləri və onların havadarlarını cəzalandıracağıq”;
M.Baqeri belə iddia edir. Və həm Milli Təhlükəsizlik Komissiyası, həm Baqeri “Azərbaycan və Ermənistanı problemin dialoq yolu ilə həllinə” çağırır – Bakıya heç bir praktiki addım atma deyirlər -, həm də “müdaxilə edəcəkləri” təhdidi ilə çıxış edirlər.
Bölgədəki proseslərə, xüsusilə Rusiya faktoruna görə “dözməyəcəyik” sözünü təkrarlayan ın ata biləcəyi addımlar məhduddur. Lakin İranın bəyanatlarının blef olmadığı və hansısa “müdaxilə planları”nın hazırlandığı da istisna deyil. Və bu plan daha çox təxribat addımlarından ibarət ola bilər.
Asif Nərimanlı
-
Ekologiya18:49
Hava şəraiti kəskin dəyişəcək - XƏBƏRDARLIQ
-
Avropa18:38
İranın Parisdəki konsulluğuna partlayıcı ilə daxil olan şəxs SAXLANILDI
-
Region17:53
Əcnəbilərə sertifikatları pulla satan rektor işdən çıxarıldı
-
Nida Xəbər 17:20
Razılıq əldə edildi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
-
Rəsmi xronika16:58
İlham Əliyev bu qanunu təsdiqlədi
-
Magazin116:03
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
-
MDB15:17
İstanbul razılaşması: Moskva Kiyevə hansı zəmanəti veribmiş? - Lavrov sirri açdı
-
Nida Xəbər 15:02
Bu universitetin mətbuat katibi vəzifəsindən ayrıldı - FOTO