Ramus Kanbek: erməni lobbisinin Azərbaycana göndərdiyi agent
Bizi izləyin

Nida Təhlil

Ramus Kanbek: erməni lobbisinin Azərbaycana göndərdiyi agent

İsveçli jurnalist Ramus Kanbek qəribə bir iddia ortaya atıb: guya Azərbaycan tərəfindən təqibə məruz qalır, amma bu təqib iddiasını elə uydurma iddiaları ilə özü ifşa edir.

Publika.az
“milli.az”-a istinadən xəbər verir ki, R.Kanbek “təqib” deyəndə əslində sosial şəbəkələrdə onun əleyhinə olan ifadələri nəzərdə tuturmuş. İsveçli jurnalist sosial şəbəkə platformasında əleyhinə olan bütün ifadələri, şərhləri Azərbaycanın ayağına yazır.

O, xüsusilə Tvitter platformasında qarayaxma kampaniyasının qurbanı olduğunu iddia edir. Bildirir ki, “Blankspot” internet jurnalında Qarabağdakı münaqişə haqqında hesabatlar, habelə, Azərbaycan hakimiyyətinin istifadə etdiyi lobbiçilik strategiyası mövzusunda araşdırmalar dərc etdirdikdən sonra təqiblər başlayıb: “Qarayaxma kampaniyası 2022-ci ilin mayında, İsveçin bir analitika mərkəzinin Bakı rejimi ilə əlaqələri haqqında məqalə dərc edildikdən sonra güclənib. 01-21 sentyabr 2022-ci il tarixlərində sosial şəbəkə hesablarına 900 dəfə hücum olub”.

Rasmus Kanbekin açıqlamasına görə, o, #FaceOfCorruption həştəqinin hədəfinə çevrilib. Bu həştəqin “Azərbaycanyönlü trollar tərəfindən” təşkil olunduğunu ehtimal edir.

Rasmus Kanbek Azərbaycan KİV-lərindən də nümunələr göstərib. Azərbayan mediasında özünün “Ermənistan tərəfindən satın alınmış agent” adlandırılmasına diqqət çəkib. Bu kontekstdə karikaturalarının dərc edilməsini özünün təqib olunmasını isbatlayan sübutlar kimi göstərib. Sitat gətirdiyi “fakt” və “übutların” uzun bir siyahısını tərtbiq edib. Amma bu məqamda ciddi bir saxtakarlığa yol verdiyini gizlədə bilməyib.

Rasmus Kanbekin yalanı harada üzə çıxır?

Rasmus Kanbekin istinad etdiyi faktların əksəriyyəti yalan olsa da, müəyyən bir qismi həqiqətən, mövcuddur. Problem budur ki, o, reallıqda mövcud olan faktlar üzərində ciddi şəkildə manipulyasiyalar edib. Mövcud faktları yanlış şərh və təqdim etməklə, mahiyyətini öz xeyrinə dəyişib. Məsələn, bu bir faktdır ki, Kanbekin erməni agenti olması, yaxud, Qarabağ bölgəsinə səfər edib şübhəli fəaliyyətlərlə məşğul olması barədə Azərbaycan KİV-lərində yetərincə materiallar dərc edilib. Amma həmin materiallar indi, yəni Rasmus Kanbekin, #FaceOfCorruption həştəqi ilə hədələndiyi dövrə aid deyil. Kanbek 2019-cu ildən etibarən Ermənistan ərazisindən keçməklə, Azərbaycanın işğal altında olan ərazilərinə qanunsuz səfərlər edib. 44 günlük müharibə dövründə isə bu səfərlərini intensivləşdirib. O, II Qarabağ savaşı dönəmində də münaqişə bölgəsinə məhz Ermnistan tərəfindən daxil olub. Müharibənin mahiyyəti və gedişatı barədə bacardığı qədər dezinformasiya yayıb. Ermənistanın dövriyyəyə buraxdığı tezislərin, xüsusən, “Azərbaycan münaqişə bölgəsində olan KİV işçilərini atəşə tutur” yalanının qüvvətlənməsi üçün yardım edib. Bu kampaniyada ən mühüm rollardan birini oynayıb. Bu kontekstdə fəaliyyətinə görə Azərbycan KİV-lərində tənqid edilib. Amma indi həmin faktı elə təqdim edir ki, guya Azərbaycan hakimiyyətinin lobbiçilik strategiyasını təftiş etdiyi üçün hücuma məruz qalır.

Yaxud, başqa bir nümunəyə baxaq. “Sərhədsiz Reportyorlar” təşkilatı 2020-ci ilin noyabr ayında Ermənistan tərəfinə istinad edərək məlumat yaymışdı ki, “80 nəfər yerli və xarici jurnalis Xankəndi şəhərində Azərbaycan tərəfindən mühasirədə saxlanılır”. Qeyd edirdi ki, "onların Ermənistana getmələri üçün Azərbaycan silahlı qüvvələrinin atəşi altından keçmələri lazımdır ki, bu da həyati risk yaradır” (https://www.reporter-ohne-grenzen.de/pressemitteilungen/meldung/rsf-verurteilt-gewalt-gegen-journalisten-im-suedkaukasus).

“Sərhədsiz Reportyorlar” bu mövzu üzərində geniş kampaniya qurdu. BMT-yə, Avropa Şurasına və digər qurumlara müraciət edərək Azərbaycanı mövcud olmayan bir fakta görə pislədi. Mülki vətəndaşların evakuasiya edilməsi üçün beynəlxalq hüquqda nəzərdə tutulan məqamların həmin 80 nəfərə də şamil edilməsini istədi (https://amp.dw.com/ru/reportery-bez-granic-osudili-nasilie-v-otnoshenii-zhurnalistov-na-juzhnom-kavkaze/a-55565103).

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev elə həmin dövrdə - 2020-ci ilin noyabrında “Sərhədsiz Reportyorlar”ın açıqlamasına cavab verərək, bu iddianın şübhəli bir kampaniya olduğunu, qərəzli şəkildə quraşdırıldığını, Azərbaycanın əleyhinə yönləndirildiyini göstərdi. Qeyd etdi ki, Xankəndindən Ermənistana iki yol var və hər iki yol Ermənistan silahlı qüvvələrinin nəzarətindədir: “Bir gün öncə Ermənistan tərəfi açıqlama verərək yolu bağladığını bəyan edib. Erməni hərbi birləşmələri Xankəndindən çıxmaları və özləri çıxandan sonra güya təhlükəsizlik məqsədi ilə Laçın dəhlizini, Xankəndi ilə Ermənistan arasındakı yolu bağladıqları haqqında səsli-küylü bəyanat veriblər. “Sərhədsiz Reportyorlar” təşkilatı bu bəyanatı eşitməmiş deyil”. “Sərhədsiz Reportyorlar” həqiqəti bilirdi, amma yenə də yalan üzərində qurulmuş kampaniyasını davam etdirirdi. Bu bəyanatdan bəlli olurdu ki, Ermənistan tərəfi “Sərhədsiz Reportyorlar”la əməkdaşlıq şəraitində Azərbaycana qarşı yeni oyun qurublar. Müharibənin qızğın dönəmində 80 nəfər yerli və xarici jurnalisti Xankəndirndə atəş altında girov halında saxlamaqla Azərbaycanı hədəfə çevirmək istəyirlər. Beynəlxlq ictimai rəyi Azərbaycan əleyhinə yönləndirirlər.

Rasmus Kanbekin agent olduğuna işarə edən faktlar var

“Sərhədsiz Reportyorlar”ın “80 nəfər jurnalist” üzərində qurduğu kampaniyanın yalançı iddialardan ibarət olduğunu təsdiqləyən daha bir məqam var. Xankəndi kiçik şəhərdir və orda heç 80 küçə də yoxdur. “Sərhədsiz Reportyrolar”ın bəyanatından belə anlaşılırdı ki, Xankəndində hər küçədə bir yerli və ya xarici jurnalist var imiş. Hansı ki, hərbi əməliyyatlar başlayanda Xankəndindən canlı yayım və ya video reportajlar edən cəmi 3-5 nəfər jurnalist/reportyor görünürdü. Həmin 80 nəfər jurnalist orda nə işlə məşğul idi ki? Əgər jurnalist deyildilərsə, onda “Sərhədsiz Reportyorlar”ın operativ şəkildə Xankəndindən çıxarmaq istədiyi həmin 80 nəfər xarici şəxs kim idi? Onlar müharibə vaxtında Dağlıq Qarabağa hansı missiya ilə səfər etmişdilər?

Bu suallara cavab tapmaq üçün Yaxın Şərqdə baş verən proseslər fonunda yaşanan təcrübələr köməyə çatır. Avropadan Yaxın Şərq regionuna gələn, burada muzdlu döyüşçü kimi iştirak edən, yaxud, kəşfiyyat xidməti göstərən şəxslərin bir qismi tranzit məntəqələrində məhz “hüquq müdafiəçisi və ya jurnalist” kimi qeydiyatdan keçirdilər. Bu barədə xarici mediada kifayət qədər faktlar təsvir edilib. Həmin nümunə bu günkü Rasmus Kanbeki keysinə çox bənzəyir. “Sərhədsiz Reportyorlar”ın 2020-ci ilin noyabrında, Xankəndindən təcili şəkildə təxliyyə etmək istədiyi “80 nəfər yerli və xarici jurnalist”dən biri məhz Rasmus Kanbek idi. Onun adının Azərbaycan KİV-ində çəkilməsi, tənqid edilməsi “Blankspot”da dərc etdirdiyi hansısa yazı və ya hesabatla bağlı deyil, məhz Qarabağ bölgəsindəki şübhəli fəaliyyəti ilə bağlıdır. Rasmus Kanbek Ermənistan və “erməni şəbəkəsi” ilə şübhli əlaqədə görünür. O, müharibə bitdikdən sonra da işini davam eydirir. 2021-ci ildə “Dağlıq Qarabağda müharibədən sonra su qıtlığı” adlı məqalə yazıb (https://azertag.az/xeber/1885447). Azərbaycan hökumətini “bölgədə su qıtlığı yaratmaqda, Qarabağın erməni əhalisini humanitar fəlakətə sürüklməkdə” ittiham edib. Bölgədə su ehtiyatlarının necə bölüşdürüldüyünü hər kəs bilir. Rasmus bu yalanı niyə uydurub?

Bu il, avqustun 29-da Rasmus Kanbek yenidən Qarabağa səfər edib. O, Xankəndiyə səfər etmək üçün məhz Qarabağdakı separatçılara müraciət edib. Amma ərazidə müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlıları onun Azərbaycan torpaqlarına girişini qadağan edib. Öz tviter hesabında yazıb ki, giriş icazələrinin verilməsi qeyri-müəyyən müddətə dayandırılıb (https://tns.az/qarabagh/9818-xarici-vetendashlarin-xankendiye-girishi-qadaghan-edildi/).

Bəllidir ki, erməni lobbisinin yönləndirməsi ilə erməni radikalları bütün Avropa boyu Azərbaycan səfirliklərinə basqınlar edirlər. Səfirliklər önündə etiraz aksiyaları keçirirlər. Belə aksiyalardan biri də İsveçdə keçirildi (https://www.youtube.com/watch?v=YofEYqviYB8). Qarabağa “xüsusi təyinatlı səfəri” baş tutmayan Rasmus Kambek İsveçdəki Azərbaycan səfiliyinnin önündə etiraz aksiyasını təşkil edənlərdən biridir. Buradakı iştirakından screenlərini paylaşıb Azərbaycan tərəfindən təqib olunması görüntüsünü möhkəmləndirir. Həm də erməni lobbisi qarşısında xidmətlərini yerinə yetirmiş olur. Onun İseveç krallığındakı erməni lobbisi ilə sıx əlaqəsini göstərən sosial şəbəkə paylaşımları açıq lövhələrdə də vardır. (https://www.facebook.com/armeniska.se).
Bu əlaqələrin nəticəsidir ki, Rasmus bütün fəaliyyəti boyu Türkiyə və Azərbaycan əleyhinə çıxışları ilə fərqlənib, erməni lobbisi ilə sinxron fəaliyyətlər göstərib.

“Turan” İnformasiya Agentliyinin Kanbekə özəl münasibəti nədən qaynaqlanır?

Rasmus Kanbekin Ermənistan və “erməni şəbəkəsi” ilə əlaqələri araşdırılmalı olan mövcudur. Amma bu, işin yalnız bir tərəfidir. Kanbek jurnalist adı altında fəaliyyət göstərsə də, jurnalistika prinsiplərini intensiv şəkildə pozur. Hansısa güc mərkəzlərinin əlində alət olmaq, kampaniyalarda rol almaq, məlumatlandırma ilə deyil, təbliğatla məşğul olmaq təkcə peşə prinsiplərinə deyil, qanunlara da ziddir. “Sərhədsiz Reportyorlar” isə Rasmus Kanbekin bu qüsurlarına göz yumur, onu istisnasız olaraq dəstəkləyir. Kanbekin işləri düyünə düşəndə onun üçün beynəlxalq kampaniyalar təşkil edilir. Məsələn, “Sərhədsiz Reportyorlar” Kanbekin qərəzli yazılarına etiraz edən, Azərbaycan barədə yanlış informasiyalarını pisləyən şəxsləri “trollar” adlandırır. Əgər “jurnalist” yanlış yazı yazıbsa, hansısa fərdi, hansısa ölkəni qaralayıbsa, qarşı tərəfin ona etiraz etmək, təkzib vermək hüququ yoxdurmu? Əslində bu, jurnalistikanın əsas prinsiplərindəndir. “Sərhədsiz Reportyorlar” isə Rasmusa cavab verən azərbaycanlıları trollar adlandırır. Hansı məntiqlə?

Azərbycanın İsveçdəki səfiri Zaur Əhmədov Rasmus Kanbekə, onun çalışdığı KİV qurumuna müraciət edərək yalançı, böhtançı yazıların dayandırılmasını, təkzib verilməsini istəyib. Bu, baş tutmayanda, ölkənin digər KİV-lərinə müraciət edib, həqiqətləri çatdırmaq istəyib. “Sərhədsiz Reportyorlar” isə səfirin bu hərəkətini Rasmusa təhdid kimi qələmə verib (https://rsf.org/fr/rsf-exige-l-arr%C3%AAt-du-harc%C3%A8lement-d-un-journaliste-su%C3%A9dois-par-l-azerba%C3%AFdjan). Təkzib vermək təhdiddirmi? Dünyanın bütün ölkələrində KİV qanunlarında təkzib hüququ tanınır. “Sərhədsiz Reportyorlar” bunu niyə əksinə şərh edir?

Amma “Sərhədsiz reportyorlar”ın yanaşması Kanbek işindəki şübhələrin bir qismidir, gözlə görünən tərəfidir. Maraqlıdır ki, “Turan” İnformasiya Agentliyi bu dəfə “Sərhədsiz Reportyorlar”ı da qabaqlayıb. Həm də çox qəribə formada. Belə ki, “Turan” İnformasiya Agentliyi Rasmus Kanbekin “Azərbaycan hakimiyyətinin tərəfdarlarının təqibinə məruz qalması” barədə məlumatı 2022-ci il sentyabr ayının 24-də yayıb (https://www.turan.az/ext/news/2022/9/free/politics_news/az/9731.htm). Mənbə olaraq da “Sərhədsiz Reportyorlar”a (RSF) istinad edib. Amma araşdıranda bəlli olub ki, həmin tarixdə RSF-nin nə saytında, nə də sosial şəbəkə hesablarında bu haqda məlumat yoxdur. RSF Rasmus Kanbek barədə bəyanatı öz saytıda “Turan”dan bir gün sonra yerləşdirib. Həm də fərqli formada. “Turan”ın məlumatından belə görünür ki, "Sərhədsiz Reportyorlar" öz bəyanatını bütövlükdə Rasmus Kanbekə həsr edib. Amma RSF saytında mətn fərqlidir, Rasmus Kanbekin adı orada epizodlardan biri olaraq keçir (https://rsf.org/fr/rsf-exige-l-arr%C3%AAt-du-harc%C3%A8lement-d-un-journaliste-su%C3%A9dois-par-l-azerba%C3%AFdjan).

Belə nəticə çıxır ki, “Turan” İA-nın Rasmus Kanbekə qarşı özəl bir münasibəti var. Yeri gələndə “Sərhədsiz Reportyorlar”ın adını da öz marağına qatır. Lazımı anda Kanbek üçün informasiya dəstəyi təşkil edir. İndiki hal daha özəldir. Bəlkə "Sərhədsiz Reportyorlar"a “Turan" yön verir? Son anlaşmazlıq bu sahədə şübhələrə yol açmırmı?

Oxumağa davam et
Reklam
Reklam

Gündəm