Lavrovun dediyi bu məsələ üçüncü-dördüncü səviyyəlidir – ŞƏRH
Bizi izləyin

Nida Təhlil

Lavrovun dediyi bu məsələ üçüncü-dördüncü səviyyəlidir – ŞƏRH

Biz müşahidə edirik ki, son dövrlərdə Cənubi Qafqaz uğrunda çox ciddi mübarizə gedir. Bu mübarizədə əsas oyunçular Rusiya Federasiyası, Avropa İttifaqı və Amerika Birləşmiş Ştatlarıdır.

Bunu Publika.az-a açıqlamasında politoloq İlyas Hüseynov deyib.

O qeyd edib ki, digər tərəfdən Rusiyanın əsas istəyi özünün moderatorluğu ilə həyata keçirilən təmaslardır:

“Biz görürük ki, diplomatik trekdə Rusiya bir qədər geri qalır. Çünki cari ildə artıq aprel, may və avqust aylarında Brüsseldə Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri arasında görüş keçirilib. Bu il ərzində Rusiya yalnız daha aşağı müstəvidə rəsmilərini və emissarlarını regiona göndərib. Bu yaxınlarda Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin Bakıda səfərdə idi. Eyni zamanda 12-14 sentyabr tarixlərində Ermənistan-Azərbaycan sərhədində eskalasiyanı gördük. Rusiya delimitasiya prosesinin tərəfdarıdır. Hətta Soçidə keçirilmiş görüşdə şifahi də olsa, bildirilmişdi ki, delimitasiya ilə bağlı xüsusi komissiya fəaliyyətə başlayacaq. Komissiya bu gün fəaliyyətdədir və Brüsseldə, Moskvada bir sıra təmaslar həyata keçirilib”.

Politoloqun sözlərinə görə, eyni zamanda belə bir iddia var ki, Rusiya, yaxud hansısa digər bir güc, o cümlədən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) müşahidəçiləri Ermənistan-Azərbaycan sərhədində yerləşdiriləcək və sülhə nəzarət edəcək. Digər güclər dedikdə Ermənistan daha çox digər gücləri, qüvvələri, geosiyasi mərkəzləri regiona dartmaq istəyir. Bu, həm də Ermənistanın Baş naziri Nikol Paşinyan tərəfindən BMT kürsüsündə səslənən fikirlərdir. Eyni zamanda Fransa və ABŞ-ın da regiona qüvvələrinin cəlb olunmasında rəsmi İrəavn dəfələrlə bəyanatlar verib. Hətta Ermənistan bunun BMT koalisiyası çərçivəsində nəzərdən keçirilməsini də istəyir. Eyni zamanda Rusiya da bu maraqdadır ki, Ermənistan-Azərbaycan sərhədində, bufer zonasında öz güclərini yerləşdirsin. Lakin bu məsələ ikinci üçüncü, dördüncü səviyyəlidir”.

Səxavət Həmid

Oxumağa davam et
Reklam
Reklam

Gündəm