Nida Təhlil
Bakının İrəvana beş yeni tələbi – Xankəndi və Zəngəzur
Azərbaycan Ermənistan qarşısında beş tələb irəli sürüb:
1. Qarabağdakı separatçıların “müdafiə ordusu” buraxılır;
2. Qarabağ Azərbaycanın tərkib hissəsi kimi tanınır, heç bir status olmur, hətta muxtariyyət belə;
3. Ermənistan ərazisindən keçən dəhliz verilir (Zəngəzur dəhlizi);
4. Sərhədin delimitasiya və demarkasiyası 1919-1920-ci illərin xəritələri ilə həyata keçirilir;
5. İtkin düşmüş 4 min azərbaycanlının taleyinə aydınlıq gətirilir;
Bu tələblərlə bağlı iddianı Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın rəhbəri olduğu “Haykakan Jamanak” qəzeti yayıb.
İnformasiyanın Paşinyanın ailə qəzetində dərc edilməsi onun həqiqliyi ehtimalını gücləndirir, çünki “etibarlı mənbə” dedikləri elə erməni baş nazirin özüdür. Eyni zamanda, rəsmi Bakı bu tələblərini müxtəlif formatlarda dilə gətirib. Hərçənd, Nikolun bunu media üzərindən ictimaiyyətləşdirməsi səbəbsiz deyil:
- Birbaşa özü açıqlasa, “Paşinyan bu sənədə imza atacaq” ittihamları ilə üzləşəcək;
- “Etibarlı mənbə” adı ilə icimaiyyətləşdirməklə erməni cəmiyyətinin reaksiyasını yoxlayır;
- Və çətin şərtlər altında mübarizə apardığı, “Ermənistanın maraqlarını” qorumağa çalışdığı rəyini yaratmaq istəyir;
Diqqət çəkən əsas məqam Paşinyanın “etibarlı mənbə” adı ilə təqdim etdiyi çıxış yoludur: Azərbaycanla hərtərəfli sülhə nail olmaq üçün ya bu tələblər yerinə yetirilməli, ya kompramis tapılmalı, ya da Bakı bunlardan əl çəkməyə məcbur edilməlidir;
Hazırda Bakını tələblərindən əl çəkməyə məcbur etməyə çalışırlar. Azərbaycana qarşı müxtəlif cəbhələrdə müxtəlif formalarda aparılan kampaniyaların hədəfi budur.
Asif Nərimanlı
-
MDB09:48
Moskvada motosikletçini öldürən Şahin Abbasovun mənzilindən görün nə qədər pul tapıldı - FOTO
-
Yaxın Şərq09:12
İsrail İranı vurdu: görün neft bahalaşaraq neçəyə oldu
-
Hadisə08:07
Qızı ilə Kürdə batan atanın meyiti TAPILDI
-
Magazin106:16
Əməkdar artist: “Oğlumun vəfatından sonra yatmıram”
-
Kriminal03:30
Sumqayıtda AİLƏ FACİƏSİ: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”