Baqerinin Həsənova zəng təşəbbüsünün PƏRDƏARXASI
Bizi izləyin

Nida Təhlil

Baqerinin Həsənova zəng təşəbbüsünün PƏRDƏARXASI

“İran hər zaman Azərbaycan-İsrail münasibətlərinə qısqanclıqla yanaşıb. Ola bilsin ki, iranlı general, baş qərargah rəisi Məhəmməd Hüseyn Baqerinin müdafiə naziri Zakir Həsənova budəfəki telefon zəngi də həmin narahatlıqla əlaqəlidir. Bu zəng heç nəyi dəyişmir”.

Bunu Publika.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

Ədalət Verdiyev bildirib ki, Azərbaycan İsraillə kifayət qədər geniş və ənənəvi dostluq, strateji müttəfiqlik ənənələrinə malikdir:

“Bu əlaqələrə hansısa üçüncü bir tərəfin təşəbbüsü ilə edilən zənglə xələl gətiriləcəyini düşünmürəm. Ən azından, bu, real görünmür. Azərbaycanın İsraillə əməkdaşlığı heç bir halda İrana qarşı yönəlməyib. Bakı Tel-Əvivlə əməkdaşlıq nəticəsində heç bir halda İrana və ya onun ərazilərinə qarşı iddialar irəli sürməyib. İran isə əksinə, 30 il ərzində Azərbaycan ərazilərini işğalda saxlayan, İslam dəyərlərini məhv edən Ermənistanla gecə-gündüz eyni yataqdadır. Biz bundan çox narahat deyilik. Bu gün İran Ermənistana hərbi-texniki sahədə əvəzsiz yardımlar göstərir. 44 günlük müharibə vaxtı Azərbaycan ərazilərində əsgərlərimizə qarşı fəaliyyət göstərən erməni hərbi texnikaları İran yanacağı ilə doldurulurdu. İranın gözü qarşısında Azərbaycan əraziləri darmadağın edilirdi. Həmin ərazilər qarət olunurdu. Yaxşı olardı ki, Baqeri hərdənbir bu faktlara da diqqət yetirsin”.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm