Nida Təhlil
Dünyanın 1 nömrəli kitab sərgisinə Azərbaycandan KİMLƏR QATILIB? - TƏFƏRRÜAT

Bu gün dünyanın gözü Almaniyadadır. Dörd əsrlik tarixə malik Frankfurt Kitab Sərgisi öz işinə başlayır. Dünyanın əksər ölkələrinin aparıcı nəşriyyatları, naşirləri buraya dəvət alıb. Son bir ildə nəşr olunan, bestsellerə çevrilən kitablar sərginin stendlərini bəzəyir.
Əvvəlki illərdə Azərbaycanın Mədəniyyət Nazirliyi, eləcə də ölkəmizin aparıcı nəşriyyatları, naşirləri bu kitab sərgisində təmsil olunub.
Bəs bu il vəziyyət necədir? Dünyanın bir nömrəli kitab sərgisini təşkil edənlər bu dəfə də bizi sayıb-seçiblərmi? 2022-ci ildə bizi kimlər və hansı kitablarla Frankfutda təmsil edir?
İlk olaraq bu suallarla Mədəniyyət Nazirliyinin qapısını döydük.
Rəsmi dövlət qurumundan Publika.az-a verilən açıqlamanı olduğu kimi təqdim edirik:
“Bu il Frankfurtda keçirilən Beynəlxalq Kitab Sərgisində Azərbaycanın iştirakı nəzərdə tutulmayıb. Bir sıra nəşriyyatlar sadəcə qonaq qismində sərgiyə qatılacaq”.
“Qanun” nəşrlər evinin rəhbəri Şahbaz Xuduoğlu ilə əlaqə saxladıq.
Telefonu açan kimi söylədi ki, hazırda elə Frankfurtdadır. Söylədi ki, sərgi bu gün başlayır. Amma hələ ki Azərbaycanı sərgidə kimlərin təmsil etdiyindən xəbərsizdir:
“Hələlik sərginin keçirildiyi yerə gedib çıxa bilməmişəm. Ona görə də sərgidə Azərbaycanı kimlərin və hansı nəşriyyatların təmsil etdiyindən xəbərsizəm. Oraya çatan kimi gedib baxacağam, görüm, Azərbaycan hansı stenddədir, necə təmsil olunur. Mən isə öz şəxsi təşəbbüsümlə buradayam”.
Şahbaz Xuduoğlunun sözlərindən belə başa düşdüm ki, heç “Qanun”u da dəvət etməyiblər.
Deməli, bu il kimlər Azərbaycandan Frankfurta yollanıbsa, öz hesablarına gediblər.
“Azərnəşr”in təmsilçisi Əlövsət Ağalarovla əlaqə saxladıq. Əlövsət Ağalarov söylədi ki, nazirliyin dəvət alıb-almamasından xəbərsizdir, amma “Azərnəşr” dünyanın bir nömrəli sərgisində təmsil olunmur:
“Frankfurt dünyanın ən nüfuzlu kitab sərgilərindəndir. Əvvəlki illərdə bir neçə dəfə dəvət almışıq. Özüm də bir neçə dəfə qatılmışam. İndi gediş-gəliş çətinləşib. Viza məsələsində problem yaranıb. Təyyarə biletlərinin qiyməti bahalaşıb. Üstəlik, Almaniyada hava limanı işçilərinin tətili də bu məsələyə - dəvət olunma prosedurlarına öz təsirini göstərir. Ona görə də indi Avropaya getmək çətinləşib. Tətilə görə, Almaniyaya uçuşların sayı da məhdudlaşıb. Sərgiyə gedib-gəlmək də baha başa gəlir. Ən azından, sərgiyə qatılmaq üçün 1500-2000 avro kitablar üçün yükpulu verməlisən. Nəşr etdiyin məhsulları aparıb-gətirmək çətinləşib. Bu da ikiqat xərc deməkdir. Bu yaxınlarda nazirlik özü də çox yaxşı sərgi təşkil etdi. Söhbət 8-ci beynəlxalq kitab sərgisindən gedir. Oraya qatılmışdıq”.
Onu da qeyd edək ki, dünyanın ən məşhur sərgisi müasir formada 1949-cu ildən keçirilir. Azərbaycan bu sərgidə 1990-cı illərin sonlarından qonaq qismində, 2000-ci illərin əvvəllərindən isə bir sıra hallarda rəsmi dəvət əsasında iştirak edib.
Tural Turan

-
Hadisə13:51
Sumqayıtda partlayış: Beş nəfər xəsarət alıb, üçünün vəziyyəti ağırdır
-
İqtisadi gündəm12:36
Aİ-92 benzini ilə bağlı VACİB XƏBƏR: Bu gedişlə...
-
Maraq dünyası11:16
Ulduzlardan sirli siqnallar gəlir: NASA alimindən sensasion kəşf
-
İdman10:40
Çimərlikdən başlayan eşq hekayəsi: Bu gözəl onun həyatını görün necə dəyişib - FOTOLAR
-
Sosial10:04
Tanınmış jurnalist vəfat etdi - FOTO
-
MDB09:12
Yeni qayda hazırlanır: Bundan sonra yollarda onlar da şütüyəcəklər
-
Nəqliyyat08:24
Hazırda Bakının bu yollarında tıxac var - SİYAHI
-
Sosial07:55
Ağdamın Kəngərli kəndinə növbəti köç karvanı yola salındı