Əliyevin Serbiya səfəri: Ölkəmizin strateji mövqeyi daha da möhkəmlənir
Bizi izləyin

Nida Təhlil

Əliyevin Serbiya səfəri: Ölkəmizin strateji mövqeyi daha da möhkəmlənir

“Noyabrın 23-də Azərbaycan Prezidenti İlham Əliyev Serbiyada rəsmi səfərdə olub. Strateji münasibətlərimizin son illər daha da inkişaf etdiyi Serbiya ilə ticarət dövriyyəmiz son 4 ildə 2 dəfə yaxın artaraq 9.2 milyon dollara yüksəlib”.

Publika.az xəbər verir ki, bunu millət vəkili, iqtisadçı alim Vüqar Bayramov deyib.

Deputat bildirib ki, Serbiya tərəfinin Azərbaycan Prezidentinin səfərinə xüsusi önəm nümayiş etdirməsini qeyd etmək lazımdır:

“Dövlət başçımızı Serbiya Prezidenti Aleksandar Vuçiçin şəxsən qarşılaması və yola salması da məhz bu diqqətin xüsusi nümunəsi kimi xarakterizə olunmalıdır. Azərbaycan ilə Serbiya arasında iqtisadi əlaqələrin yalnız enerji deyil, eyni zamanda qeyri-neft sektoru üzrə inkişaf etməsi potensialı kifayət qədər böyükdür. Bu baxımdan, səfər zamanı keçirilən görüşlər, müzakirələr və razılaşmalar da məhz bu potensialdan daha yaxşı istifadəyə imkan yaradacaq. Bu baxımdan, Azərbaycan Prezidentinin son səfəri iki ölkə arasındakı iqtisadi əlaqələrin daha da dərinləşməsinə xidmət edəcək”.

V.Bayramov qeyd edib ki, Serbiya ilə Azərbaycan arasında mavi qaz nəqli sahəsində də əməkdaşlığın inkişaf edəcəyi gözlənilir. Onun sözlərinə görə, Yunanıstan-Bolqarıstan İnternkonnektoru istifadəyə verildikdən sonra Serbiyanın Azərbaycan qazını idxal etmək imkanları genişlənib:

“Azərbaycan Prezidentinin siyasi iradəsi nəticəsində reallaşması mümkün olan Cənubi Qaz Dəhlizinin yeni elementinə çevrilən Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorundan (IGB) mavi qaz ala biləcək ölkələrdən biri də məhz Serbiyadır. IGB-nin ötürmə qabiliyyətinin 3,5 milyard kubmetrdən 5,5 milyard kubmetrədək artırılması isə Macarıstan, Serbiya, Slovakiya, Ruminiya, Şimalı Makedoniya kimi ölkələrin də Azərbaycan qazını almasına imkan yarada bilər.

Beləliklə, ölkəmizin Mərkəzi və Şərqi Avropanin enerji təhlükəsizliyinin formalaşmasındakı rolu daha da artmaqdadır. Bu Azərbaycanın strateji mövqeyini daha da möhkəmləndirir”.

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm