Makron şizofren xəstəsidir - Ekspertdən Fransa səfirliyinə İKİ SUAL
Bizi izləyin

Nida Təhlil

Makron şizofren xəstəsidir - Ekspertdən Fransa səfirliyinə İKİ SUAL

Fransanın bu gün Ermənistanı müdafiə etməsinin arxasında müstəmləkəçilik siyasəti və eqoistlik dayanır. Mədəni dünyanın demokratik dəyərləri kriteriya götürdüyü bir dövrdə Fransa beynəlxalq hüququn müddəalarına hörmət etmirsə, lovğalıq və təkəbbürlüklə, iftira və böhtanlara məşğul olur. Bu da onu göstərir ki, bu dövlətin müasir sivilizasiya və mədəniyyətdən xəbəri yoxdur.

Bu fikirləri Publika.az saytına açıqlayan politoloq Qabil Hüseynli düşünür ki, bu dövlətin rəhbərliyi və siyasi elitası ağır bir xəstəliyə tutulub.

Fransa prezidenti Emmanuel Makronun isə şizofreniya xəstəliyinə tutulmuş, yetərli qədər intellektual səviyyəyə malik olmayan bir insan kimi xarakterizə edən politoloqun sözlərinə görə, Fransa Milli Assambleyasının qəbul etdiyi qətnamənin məcburedıci xüsusiyyətləri yoxdur və tövsiyə xarakter daşıyır:

"Bununla belə, ictimai rəyə çox pis təsir gostərir. Bu sənəd ikiüzlü siyasətin bir əlamətidir və "dovşana qaç, tazıya isə tut" deyir. Belə qətnamələr hazırlayır, sonra isə əllərində bayraq edərək bütün dünyada Azərbaycan dovlətinə və xalqına mənfur fikirlər yayırlar. Hətta qətnamədən ictimai rəyə təsir etmək vasitəsi kimi istifadə etməyə çalışırlar. Belə bir sual yaranır: Əgər bu qətnamənin tövsiyə və ya məcburedici xüsusiyyətləri yoxdursa, o zaman bu boşboğalığı və naqqallığı nəyə görə edirlər? Əgər sizin dövlətiniz və hokumətiniz bir mədəniyyətin, bir mənəvi xarakterin daşıyıcısıdırsa, nəyə görə Senat və Milli Assambleya başqa dəyərlərlə hərəkət edir? Fransa xalqı, ölkəmizdəki səfirliyi bu suallara cavab verməlidir. Milli Assambleyada olan insanlar başqa dəyərlərlə yoğrulmuş və inkişaf etmiş yaramaz insanlardan ibarətdir.

Fransanın siyasi elitasindaki bu cür parçalanma və ikili standartlar bəzi qaranlıq məqamlardan, əsasən da milli natamamlıq kompleksindən xəbər verir. Bu xüsusiyyətlər Avropa tarixində görünməmiş və başa qaxinc olacaq əməlləri ancaq fransızlar edə bilir".

Məlum qətnamədən dərhal sonra Azərbaycan Milli Məclisinin qəbul etdiyi bəyanatı vaxtında qəbul olunmuş sənəd kimi xarakterizə edən müsahibimiz bildirdi ki, bu sənəddə Senatın qeyri-etik və qeyri-diplomatik hərəkətlərinə qarşı görüləcək tədbirlər nəzərdə tutulur: "İlk növbədə ölkəmizdəki şirkətlərin bağlanması, onların xidmətindən imtina edilməsi, hətta iri neft şirkətlərinə qarşı sanksiyaların tətbiq edilməsi planlaşdırılır. Ola bilsin ki, Fransa ilə əlaqələr ya tamam kəsiləcək, ya da müəyyən həddə qədər azaldılacaq. Milli Məclisin qərarında diqqətçəkən məqamlar çoxdur. Baxaq görək, bu qərarı hansı formada icra edəcəklər?!"

Rövşən Ziya

Oxumağa davam et
Reklam
Reklam

Gündəm