Nida Təhlil
Bakının hədəfi: Laçın dəhlizində gömrük postu rusların əli ilə quruldu

Volkovun “Laçın dəhlizinin girişinə mini gömrük post quraşdırılacaq” açıqlaması Azərbaycanın dəhlizə post quraşdırması demək deyil: postu ruslar qurur, lakin Bakının tələbi ilə...
Mümkündür ki, Bakı dəhlizdən qanunsuz daşımaların qarşısının alınması tələbini sülhməramlıların qarşısında qaldıranda onlar Volkovun məlum müsahibəsində dediyi kimi “texniki imkanlarımız yoxdur” bəhanəsini irəli sürürmüş. Və bundan çıxış yolu kimi Bakının tələbi-istəyi ilə rusların nəzarət edəcəyi mini gömrük postun qurulması razılığı əldə olunub.
Bu razılaşmanın olması qanunsuz daşımaların qarşısının alınması demək deyil, ruslar bundan “nəticə əldə olunması” kimi istifadə edirlər. Hərçənd, dəhlizdə hələki post qura bilməyən Azərbaycanın bunu rusların əli ilə etməsi hadisələrin inkişafına təsirə edə bilər:
Birincisi, bundan sonra rusların qanunsuz daşınmalar faktı qarşısında “texniki imkanlarımız zəifdir” bəhanəsi işləməyəcək;
İkincisi, növbəti qanunsuz daşınma faktından sonra (bu, mütləq baş verəcək) dəhlizdə Bakının öz postunu qurması zərurəti daha çox aktual olacaq və o zaman, rusların bəhanə gətirmə şansı indiki qədər güclü olmayacaq;
Proseslərdən belə nəticə çıxır: Azərbaycan Laçın dəhlizinə nəzarət-keçid postu qurmaq planında israrlıdır və hadisələrin inkişafı bunun reallaşmasına doğru yönəldilir;
Asif Nərimanlı

-
Art02:12
"Titanik"dən sonra tarixin ən çox qazandıran FİLMİ
-
Region01:11
İranda on minlərlə məhbus əfv edildi
-
Magazin100:45
Azərbaycanın məşhur cütlüyü evlənir
-
Qoroskop00:15
Günün ULDUZ FALI: məkrli planın qurbanı ola bilərsiniz
-
Art5 Fevral 23:31
Zeynəb Dostəliyeva VƏFAT ETDİ
-
Art5 Fevral 22:20
Xalq rəssamı Fərhad Xəlilovun oğlu VƏFAT ETDİ
-
Kriminal5 Fevral 22:13
Şəmkirdə toy QANA BOYANDI
-
Magazin25 Fevral 21:13
Ombasına silikon qoydurdu - FOTO