Nida Təhlil
Paşinyan Əliyevlə görüşdən niyə qaçır? - TƏHLİL
Prezident İlham Əliyevlə Nikol Paşinyanın Sankt-Peterburqda görüşü keçirilməyəcək, hərçənd, Peskov “tərəflər istəsə, görüş təşkil oluna bilər” demişdi. Və görünür, tərəflər istəməyib, daha dəqiq desək, görüşdən qaçan Ermənistandır.
Moskvada XİN rəhbərləri səviyyəsində üçtərəfli görüşdən imtina edən İrəvan liderlərin də təmasından yayınır və aydındır ki, səbəbsiz-məqsədsiz deyil:
Birincisi, görüşdə Laçın yolunun müzakirə ediləcəyi amilidir: əslində İrəvan “Laçın yolu”nun açılmasını bu qədər istəyirsə, XİN rəhbərlərinin də, liderlərin də görüşündə maraqlı olmalı idi; bundan imtina etməklə,
- “Rusiya Qarabağdakı erməniləri qoruya bilmir” fikrini gücləndirir və məsələdən Moskvaya qarşı istifadə edir;
- Avropada Bakıya qarşı beynəlxalq təzyiqin hazırlanması cəhdlərinə ümid edir: əgər Laçın yolundakı aksiya Rusiyanın yox, Qərbin dəstəyi Bakıya təzyiqi ilə dayandırılsa, bu, Moskvanın məğlubiyyəti olacaq;
O da aydındır ki, üçtərəfli görüş keçirilsəydi, Laçın yolu ilə başlanan müzakirələrin sonu üçtərəfli razılaşmaların icrası tələbi ilə yekunlaşacaqdı və Paşinyan qaçmaqla prosesi uzadır.
İkincisi, sülh müqaviləsinin müzakirəsidir: Bakı qəbul etməsə də, Paşinyan Fransanın vasitəçiliyinə, o cümlədən, üçtərəfli razılaşmalardan yayınmaq və Qarabağdakı separatçıları “qəbul edilməsi” məsələsində Parisin dəstəyinə ümid edir, eyni zamanda, BMT TŞ-də gözlənilən müzakirələrlə Bakının təkcə Laçın yolu məsələsində yox, sülh müqaviləsində də geriyə düşə biləcəyini “hesablayır”; anlayır ki, Rusiya masasında sülh müqaviləsinin müzakirəsi Əliyevin üçtərəfli razılaşmaların icrası tələbinin kölgəsində keçəcək;
Bunun fonunda Bayramovla Lavrov ikitərəfli görüşdüyü kimi, Əliyevlə Putin də eyni formatda müzakirələr apara bilər. Mokva üçün prioritet məsələ Laçın yolundakı aksiyadır, hərçənd, Əliyev səfərdən öncə geri çəkilməməklə bağlı mövqeyini bir daha sərgilədi.
Bakı-Moskva xəttində ciddi fikir ayrılığı olsa da, üçtərəfli razılaşmaların praktiki icrası məsələsində ortaq mövqelər tapıla bilər, xüsusilə Bakının davamlı gündəmdə saxladığı erməni silahlı dəstələrinin çıxarılması bəndi üzrə. Düz məntiq rusların sülh prosesində iştirakçılığının mövcud vəziyyətdə Bakının istədiklərini verməkdən keçdiyini deməyə əsas verir.
Bakı böyük ehtimalla praktiki addımlarının miqyasını beynəlxalq müstəvidə hazırlanan erməni təxribatının mümkün nəticələrinə uyğun müəyyən edəcək.
Asif Nərimanlı
-
ABŞ01:43ABŞ-da bütün hava limanlarında uçuşlar dayandırıldı - Təcili qərar
-
Qoroskop00:45Günün ulduz falı: Qısa səfər planları gündəmə gələ bilər
-
Kriminal13 Noyabr 23:35Azərbaycanda zavodda qanlı olay: 54 yaşlı kişi bıçaqlandı
-
İdman13 Noyabr 21:26Gürcünü döyən Nurməhəmmədov və dostları həbs edildilər
-
Kriminal13 Noyabr 19:50Süni intellektlə hazırladığı görüntülərlə tələbələri şantaj etdi, saxlanıldı - Video
-
ABŞ13 Noyabr 17:18Tramp Vensi İran danışıqlarından kənarlaşdırdı - Səlahiyyətləri dəyişdirildi
-
Sosial13 Noyabr 15:24Arif Mirzəyevin nəşi Azərbaycana gətirilir
-
MDB13 Noyabr 14:36Moskvada jurnalistin avtomobili partladıldı - Yanukoviçin adamıdır















.png)





















