Nida Təhlil
1918-ci il, mayın 29-da edilən səhv: Onlar İrəvanla kifayətlənəcəkdi?
Əlbəttə ki, 20 Yanvar faciəsi nəticəsində uşaqlı-böyüklü neçə-neçə can itkilərimiz oldu, nə qədər əmlaklara ziyan dəydi. Lakin bu qanlı olayın törədilməsi ilə Sovet imperiyası Azərbaycanda özünün bütün mənəvi və sosial dayaqlarını itirmiş oldu. Baş vermiş hadisələr dünya azərbaycanlılarının təşkilatlanmasına səbəb oldu. Dünya azərbaycanlıları ilk dəfə olaraq milli faciəmizin tanıdılması naminə yaşadıqları müxtəlif ölkələrdə təşkilatlanmağa başladılar. 1990-cı ilin Qanlı Yanvar hadisəsi Azərbaycan xalqı üçün təkcə böyük faciə deyil, ləyaqətini qorumaq üçün hər cür qurban verməyə hazır olan xalqın tarixində şərəfli bir səhifədir. 20 Yanvar faciəsi müstəqillik, istiqlal və hürriyyət uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olunub.
Bu sözləri Publika.az-a açıqlamasında gənc tarixçi-araşdırmaçı Vüsalə Salahova deyib.

Araşdırmaçı bildirib ki, Azərbaycan tarix boyu yadellilərin ərazi iddialarına məruz qalıb ki, bu da böyük faciələrə səbəb olub:
“Tarixə nəzər salsaq, bədnam qonşularımızın ərazi iddialarının əsrlərdir davam etmiş olduğunu görərik. 1918-ci il mayın 29-da İrəvan şəhəri ermənilərə verildi. Guya ki, Dağlıq Qarabağa olan ərazi iddialarından əl çəkəcəkdilər. Bu, əlbəttə ki, səhv addım idi. Sizcə, dənizdən- dənizə bir dövlət yaratmaq xəyalı quran millət tək İrəvanla kifayətlənəcəkdi? Təbii ki, xeyr”.
Vüsalə Salahova söyləyib ki, tarixin yenidən təkrarlanmaması üçün keçmişimizi unutmamalıyıq.O qeyd edib ki, Ümummilli lider Heydər Əliyev xalqının kədərli günündə onun yanında oldu:
“Sovet hakimiyyətinin “20 Yanvar” əməlinə etiraz edən Ulu Öndər Heydər Əliyev Bakıya rus ordusunun yeridilməsi ilə bağlı SSRİ rəhbərliyinin qərarını kəskin tənqid edərək, rəsmi açıqlama tələb etmişdi. Biləsiniz ki, bu, çox böyük siyasi addımdır. Bu gün Ulu Öndər Heydər Əliyevin yolunu uğurla davam etdirən Prezident İlham Əliyev də şəhidlərimizin xatirəsini uca tutur, şəhid ailələrinin sosial məsələlərinin həll olunmasına xüsusi diqqət ayırır.
Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında müzəffər ordumuz xalqımıza əzmkar qələbə sevincini yaşatdı. 44 günə bütün dünyaya Azərbaycanın qüdrəti nümayiş olundu. İnanırıq ki, bu cür qələbələr, zəfərlər davamlı olacaq. Xalqımız tezliklə öz Göyçəsinə də qovuşacaq”.
Mehti Kamiloğlu
-
ABŞ02:19Qrenlandiya ilə bağlı böyük razılaşma: ABŞ-a geniş səlahiyyətlər verildi
-
Qoroskop01:40Günün ulduz falı: səbirsizliyiniz pik həddə çatacaq
-
Hadisə18 Sentyabr 21:26Sumqayıtda dəhşətli qəza: 4 yaşlı uşaq öldü
-
Magazin118 Sentyabr 20:36Əməkdar artist vəfat etdi - Yeniləndi
-
Kriminal18 Sentyabr 18:50Adnan Əhmədzadə 1 ildir içəridədir - Nələr baş verdi?
-
Nəqliyyat18 Sentyabr 18:20Bakıda axşam tıxacı: 27 yol keçilməz oldu - Siyahı
-
Magazin118 Sentyabr 15:28Elçin Cəfərov Tacir Şahmalıoğlu barədə paylaşım etdi - FOTO
-
Dünya18 Sentyabr 14:16Cümə namazı zamanı partlayış: 15 ölü, 50-dən çox yaralı













.jpg)


.jpg)
.jpg)

.jpg)








.jpg)




.jpg)



