Bakı-Tehran xəttində qırılma qaçılmazdır - İranın uydurmasına Əliyevin cavabı
Bizi izləyin

Nida Təhlil

Bakı-Tehran xəttində qırılma qaçılmazdır - İranın uydurmasına Əliyevin cavabı

Prezident İlham Əliyev Azərbaycan səfirliyinə terror hücumu ilə bağlı bəyan etdi ki, İranın polis və təhlükəsizlik qüvvələri tərəfindən terror aktınının qarşısını almaq üçün hər hansı ciddi tədbir görülməyib.

Azərbaycan bununla terror hücumuna görə bütün məsuliyyətin İran tərəfinin üzərinə düşdüyünü ən yüksək səviyyədə elan edir. Bu mövqe İran tərəfinin terror hücumunu “məişət hadisəsinə” bağlamaq cəhdləri fonunda əhəmiyyətlidir və hadisələrin inkişaf istiqamətini müəyyələşdirən faktor rolunu oynaya bilər.

- Tehran rejimi terror hücumunun “məişət hadisəsi” olduğu iddiasından əl çəkmir və bütün resursları ilə bu iddianı ictimai fikrə sırımağa çalışır;
- Artıq media üzərindən “hücumu Azərbaycan tərəfi təşkil edib” kimi absurd iddialar irəli sürülür;
- Terrorçu Yasin Hüseynzadənin “Azərbaycanla bağlılığı” haqda uydurmalar ortaya atılır;
- Terror aktının törədildiyi ilk gündə özünü “dost” kimi göstərməyə çalışan İran rejiminin ritorikası dəyişir: İran parlamentinin spikeri Məhəmməd Baqir Qalibaf hücumun terror aktı kimi dəyərləndirməsinə görə Azərbaycana “xəbərdarlıq” ünvanlayıb və bunun “sionistlərə xeyir verdiyi” kimi klassik iddialar səsləndirib;
- Terrorçu Yasin Hüseynzadəni qorumaq məqsədilə “şizofreniyadan” əziyyət çəkdiyi iddiası ilə dispansere yerləşdiriblər;

İran rejiminin sərgilədiyi mövqe terror hücumu ilə bağlı aparılan istintaqa da öz maraqlarına uyğun don geyindirəcəklərini deməyə əsas verir. Və bütün bunların Bakı-Tehran xəttində qırılma nöqtəsi olacağı istisna deyil.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm