Nida Təhlil
Hər martda bir anti-Azərbaycan addım - Avropa Parlamentinin qətnaməsinin müəllifi kimdir?

Avropa Parlamentinin qəbul etdiyi “Aİ-Azərbaycan münasibətləri” adlı hesabatda, hər halda obyektiv məqamlar var, yəqin ki, nəzərə də alınacaq. Amma təəssüf ki, o sənəd bütövlükdə obyektivlikdən uzaqdır və bu, daha çox sənədi hazırlayanların şəxsi məziyyətlərindən və qərəzindən irəli gəlir.
Müəllifi Jelyana Zovko Bosniya və Herseqovinada doğulmuş xorvatdır.1990-cı illərdə Şimali London Universitetində fransız dilini öyrənib. Bosniya və Herseqovina Rəyasət Heyətinin xorvat üzvü Ante Jelaviçin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi kimi işləmək üçün 1999-cu ildə Bosniyaya qayıdıb. Daha sonra Rəyasət Heyətinin xorvat üzvləri tərəfindən əvvəl Fransaya, sonra İspaniyaya səfir təyin edilib.
2014-cü ilin may ayında Xorvatiya Demokratik İttifaqına bağlı "Vətənpərvərlik Koalisiyası"nın siyahısında Avropa Parlamentinə seçkilərində iştirak edib. 2015-ci ilin avqustundan 2016-cı ilin noyabrına qədər Bosniyanın İtaliyadakı səfiri olub. 2016-cı ildə Avropa Parlamentində Xorvatiya üzrə deputat kimi yer tutur. Onun Bosniya diplomatik xidmətindən Avropa Parlamentində Xorvatiya seçicilərini təmsil etməyə keçməsi mətbuatda tənqidlərə səbəb olub. Çünki Bosniyada doğulub, Bosniyada vəzifələr daşıyıb, amma Xorvatiyaya xidmət etməkdə davam edir. Azərbaycanın Qarabağ bölgəsinin perspektivini də, deyəsən, bu formatda təsəvvür edir.
İslamofob və türkofobdur. Kipr məsələsində Türkiyə əleyhinə mövqe tutur. Xanım Zovko Avropa Parlamentinin Bosniyanı dəstəkləyən qətnaməsi əleyhinə kampaniya aparmışdı ki, orda yalnız müsəlman boşnakların hüquqları qorunur, amma konstitusion xalqların (yəni serblər və xorvatlar) hüquqları haqda heç nə yoxdur.
II Qarabağ münaqişəsi bitəndən bəri sistemli şəkildə Azərbaycan əleyhinə çıxışlar edir, sənədlər təqdim edir.
2021-ci il martında erməni əsirləri azad etmək üçün Azərbaycana müraciət etmişdi. 2022-ci ilin martında Azərbaycanı Qarabağda "mədəni genosid" törətməkdə ittiham etmişdi.
Avropa Parlamentinin kiprli deputatı Kostas Mavrides ilə birlikdə YUNESKO-nu erməni mədəni irsinin dağıdılması siqnallarını araşdırmaq və vəziyyəti yerində araşdırmaq üçün təcili faktaraşdırıcı missiya başlatmağa və onu Dağlıq Qarabağa və ətraf rayonlara göndərməyə çağırmışdı.
Bu ilin yanvarında isə rəsmi Bakını Laçın dəhlizinin blokadasına dərhal son qoymaq üçün bütün lazımi tədbirləri görməyə çağırırdı.
Barəsində danışılan son sənəd Zovkonun anti-Azərbaycan təşəbbüslərinin davamıdır və yenə də mart ayına təsadüf edir.
Cəmaləddin Quliyev

-
Magazin105:45
“Gündə bir ər tapım?” - VİDEO
-
Kriminal00:30
Məşhur model şəxsi brendi üçün vannada çılpaq pozalar verdi - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: onun çirkin əməlininin üstünü aça bilərsiniz
-
Dünya6 İyun 22:41
Serenay dəniz sezonunu belə açdı - FOTO
-
İdman6 İyun 22:36
Dünyanın ən bahalı futbol brendi MƏLUM OLDU
-
Magazin26 İyun 21:12
Məşhur müğənni İsraildə saxlanıldı: 23 yaşı tamam olacaq, amma o... - FOTO
-
Hadisə6 İyun 21:00
Həkim öz işçisini əməliyyat etdi, qadın öldü
-
Sağlamlıq6 İyun 20:25
Qara eynəklər dünyanızı qaralda bilər - Bunlara diqqət edin