Nida Təhlil
Ordumuz Laçında ermənilərə belə zərbə vurdu - Bakının strateji əməliyyatı
“Azərbaycan ordusunun son dövrlər nəzarətə götürdüyü ərazilər, Laçın dəhlizindən xaric müxtəlif yollar, kommunikasiyalar və yüksəkliklər ilk növbədə Qarabağdakı erməni separatçılarına və onları himayə edən Rusiya sülhməramlılarına psixoloji təsir vasitəsidir”.
Bunu Publika.az-a açıqlamasında “Şərq-Qərb” araşdırmalar mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu deyib.
O bildirib ki, Azərbaycan heç də mövcud reallıqla hesablaşmaq fikrində deyil və mövqelərini öz ərazilərində möhkəmləndirməkdə israrlıdır:
“Qeyd etdiklərim məsələnin psixoloji tərəfidir. Bunun hərbi-taktiki tərəfi də var. Yüksəkliklər hər zaman ordunun nəzarətində olmaq baxımından son dərəcə əhəmiyyətlidir. Ordumuzun nəzarətə götürdüyü yüksəkliklər ətraf ərazilərə, o cümlədən Laçın dəhlizinə və Ermənistanın bir sıra yerinə nəzarət imkanı yaradır. Bundan başqa, bunun siyasi əhəmiyyəti də var. Siyasi əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycan Rusiyaya sərt mesaj verir ki, Moskva Bakı və İrəvanla 10 noyabr 2020-ci il tarixində imzaladığı üçtərəfli bəyanatın tələbələrinə riayət etməlidir. Gördüyümüz kimi, Rusiya bu tələbələrə riayət etmir. Buna görə də artıq Azərbaycan məcbur olur ki, mövqelərini möhkəmləndirsin”.

Ə.Oruclu qeyd edib ki, son dövrlər Rusiya sülhməramlıları faktiki olaraq ermənilərlə müttəfiq rolunda çıxış edirlər:
“Belə olduğu halda, əlbəttə ki, Azərbaycan öz mövqelərini gücləndirməlidir. Çünki heç bir təminat yoxdur ki, Qarabağa daşınan silahlar, həmin “sülhməramlıların” vasitəsilə separatçıların gücləndirilməsi, təlimatlandırılması, onların ruhlandırılması bir gün öz sözünü deməyəcək. Bunu hərbi mənada nəzərdə tuturam. Ona görə də biz bütün bunlara hazır olmalıyıq. Bu mənada şübhəsiz ki, o yüksəkliklər və əlavə yollar Azərbaycan üçün əhəmiyyətlidir. Bakının uğurları, eyni zamanda rusları da qıcıqlandırır və onlara rəvac verir ki, Azərbaycana qarşı aqressivləşsinlər. Nəhayət sərhəddəki uğurlarımız dünyada Azərbaycana qarşı kampaniyaya da əsas verir. Təəssüflə qeyd etməliyəm ki, dünyanın hətta demokratik ölkələrində belə ermənilərə rəğbət edənlər yetərincədir. Onlar daim bundan Azərbaycana qarşı istifadə edirlər. Amma bu kampaniya biz istəsək də, istəməsək də, hər zaman olub”.
Akqabay Mıradov
-
ABŞ02:4411 sentyabr terror aktının pərdəarxası: MKİ 71 məxfi sənədi yayımladı
-
Qoroskop01:40Sentyabrın ikinci yarısı bu bürclər üçün unudulmaz olacaq
-
ABŞ00:27ABŞ qüvvələri hərəkətə keçdi - Gecə əməliyyatına hazırlıq gedir
-
Elm və təhsil11 Sentyabr 21:51Azərbaycanda universitetlər 3 illik olacaq? - Açıqlama
-
Hadisə11 Sentyabr 19:20Gəmi qəzasına görə saxlanılan 3 azərbaycanlı ilə bağlı qərar
-
Rəsmi xronika11 Sentyabr 17:25Prezidentdən Fərid Şəfiyevlə bağlı - Sərəncam
-
ABŞ11 Sentyabr 15:30Ağ Evdə intriqa: Moskva və Kiyevlə danışıq aparanlar dəyişəcək?
-
Sosial11 Sentyabr 14:24"Ucal sağ idi, təcili yardım gec gəlib" - Coşqunun nişanlısı HƏR ŞEYİ DANIŞDI

















.jpg)










.jpg)




.png)




