Nida Təhlil
“Həmrəylik halqası” ilə tədarük: Həm etimad var, həm də...

“Bu gün Bolqarıstanın paytaxtı Sofiyada Bolqarıstanın “Bulgartransgaz”, Rumıniyanın “Transgaz”, Macarıstanın FGSZ və Slovakiya “Eustream” şirkətləri və SOCAR arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu”u imzalanıb”.
Publika.az xəbər verir ki, bu sözləri iqtisadçı-ekspert Eldəniz Əmirov deyib.
Onun sözlərinə görə, məqsəd Azərbaycandan Avropaya əlavə qazın tədarükü üçün dörd ötürücü sistem operatoru ilə SOCAR arasında əməkdaşlığın istiqamətlərinin müəyyən edilməsidir:
“Belə ki, əlavə qaz tədarükü “Həmrəylik halqası” adlandırılan Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın təkmilləşdirilmiş ötürücü şəbəkə sistemləri vasitəsilə həyata keçiriləcək.
Azərbaycan və Bolqarıstan prezidentlərinin bu tədbirdə iştirakı, o cümlədən 5 ölkədən olan nazirlərin çıxışları prosesin ciddiliyinin və əhəmiyyətinin bir göstəricisi adlandırıla bilər”.
İqtisadçı bildirib ki, Azərbaycan şərqi Avropa üçün enerji təhlükəsizliyi mənbəyinə çevrilmədə davam edir. Çünki bunun üçün həm bizə olan etimad yetərlidir, həm də ehtiyatlarımız buna imkan verir:
“Belə ki, bu il Azərbaycanda 33,4 milyon ton neft və 47,2 milyard kubmetr qaz hasilatı planlaşdırılır. Bunun da 24,5 milyard kubmetr qazın ixrac üçün ayrılacağı planlaşdırılır. 2022-ci ilin yekunlarına görə, Azərbaycanda neft hasilatı 32,6 milyon ton olub (kondensatla birlikdə). İxracın payına 26 milyon tondan artıq neft düşüb ki, bu da 2021-ci ilin göstəricisindən dörd faiz və ya 1,09 milyon ton azdır. Bundan başqa, 2022-ci ildə Azərbaycanda hasil edilən 46,7 milyard kubmetr qazın 22,3 milyard kubmetri ixrac olunmuşdur”.
Aydan

-
İdman16:27
Devid Bekhemin gəlini: Görün bu gözəl kimin nəvəsidir - FOTOLAR
-
Rəsmi xronika15:56
İlham Əliyev bu qanunları təsdiqlədi
-
MDB15:18
Putin onu vəzifəsindən azad etdi
-
Rəsmi xronika14:47
Prezident bir qrup şəxsi təltif etdi
-
Region14:42
Ermənistan müsəlmanların puluna göz dikib: Bu ərəb ölkələri üçün...
-
MDB13:42
Hüseyn Həsənov ruslara belə kələk gəlib: 100 milyonluq mənzilini onun adına keçirib ki...
-
Sosial12:38
Sabah 31 dərəcə isti olacaq
-
Dünya11:48
Rusiyanın NATO-ya hücum edəcəyi tarix açıqlandı - Bu ölkələr təhlükədədir