Laçın yolundakı gömrük postunun fəaliyyəti necə tənzimlənəcək? - Ermənistandan Qarabağa daşınan... - VİDEO
Bizi izləyin

Nida Təhlil

Laçın yolundakı gömrük postunun fəaliyyəti necə tənzimlənəcək? - Ermənistandan Qarabağa daşınan... - VİDEO

Laçın-Xankəndi yolunda nəzarət buraxılış məntəqəsinin yaradılması, o cümlədən, orada Dövlət Gömrük Komitəsinin postunun qurulması Azərbaycan tarixinin ən vacib hadisələrindən biridir. Odur ki, hələ Ermənistanla Azərbaycan arasında heç bir ticarət dövriyyəsi olmadığına görə, gömrük məntəqəsinin qurulmasını ilk növbədə ərazi bütövlüyümüzün təminatı çərçivəsində baş verən bir gəlişmə kimi qəbul etməliyik.

Bu sözləri Publika.az-a açıqlamasında iqtisadçı ekspert Elşad Məmmədov deyib.

E.Məmmədov bildirib ki, gələcəkdə Ermənistan Azərbaycanın ərazi bütövlüyünü birmənalı olaraq tanıyarsa və sülh şərtlərinə əməl edərsə, o halda sözügedən gömrük məntəqəsindən ticari-iqtsadi əməkdaşlıq üçün də istifadə edilə bilər.

Ermənistandan Qarabağa daşınan humanitar yüklər üçün rüsum tətbiqi məsələsinə də toxunan ekspert vurğulayıb ki, bu proses tam beynəlxalq mexanizmə uyğun olaraq həyata keçiriləcək.

Xatırladaq ki, Dövlət Gömrük Komitəsi artıq Laçın yolundakı sərhəd-keçid məntəqəsində fəaliyyətə başlayıb.

Mehti Kamiloğlu

Oxumağa davam et
Reklam
Reklam

Gündəm